QAZAX: islahatlar əzmlə davam etdirilir
Respublika mətbuatı Qazax haqqında------------------------ Qazaxda keçirilən yığıncaqda Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov yığıncaqda rayonun sosial-iqtisadi inkişafı sahəsində
2019-cu ilin birinci yarımili ərzində görülmüş işlərə dair geniş hesabat
məruzəsi ilə çıxış edib. Qeyd edib ki, 2019-cu il iyul ayının 31-də Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında sosial-iqtisadi sahə
ilə bağlı keçirilmişdir. Cənab Prezdent öz çıxışında ilin əvvəlində qarşıya
qoyulan vəzifələrin icra edildiyini, ölkəmizin inamla inkişaf etdiyini, böyük
infrastruktur layihələrin icra olunduğunu qeyd etmişdir. Rayonda təhsil sferasında uğurlu nəticələr əldə
edilmişdir. 2018-2019-cu tədris ilində rayonun ümumtəhsil məktəblərini 702
nəfər bitirmiş, onlardan 456 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə
qəbul imtahanlarında iştirak etmiş, qəbul imtahanlarının 1-ci mərhələsinin
nəticələrinə görə 10 nəfər 600-dən, 25 nəfər isə 500-dən yuxarı bal toplamışdır.
Bakı Dövlət Universitetinin Qazax filialı regional ali təhsil müəssisəsi kimi
rayonda fəaliyyət göstərir. 2018-2019-cu tədris ilində filialda əyani şöbə üzrə
41 qrup, qiyabi şöbə üzrə isə 6 qrup olmaqla, 17 ixtisas üzrə 1014 nəfər tələbə
təhsil alır ki, bunlardan 902 nəfəri əyani, 112 nəfəri qiyabi təhsil alan 63
şəhər və rayonlardan olan tələbələrdir. Tələbələrin təlim-tərbiyəsi ilə 76
nəfər professor-müəllim heyəti məşğul olur. 2018-2019-cu tədris ilində filialı
38 nəfər tələbə bitirərək məzun adını qazanmışdır. 2019-2020-ci tədris ili üçün
filiala 17 ixtisas üzrə (4-ü qiyabi olmaqla) 680 nəfər tələbə qəbulu və 4
ixtisas üzrə 12 nəfər magistr hazırlığı planlaşdırılmışdır. Rayonda 25 körpələr evi-uşaq bağçası fəaliyyət
göstərir. Rayon üzrə fəaliyyət göstərən bütün körpələr evi-uşaq bağçalarında
ümumilikdə 335 nəfər işçi fəaliyyət göstərir. Onlardan 147 nəfər şəhər, 188
nəfər isə kənd üzrə fəaliyyət göstərənlərdir. 2017-2018-ci və 2019-cu ilin
birinci yarısı ərzində rayonda fəaliyyət göstərən 25 körpələr evi-uşaq
bağçalarından 21 bağça binasında bərpa-gücləndirmə və əsaslı təmir-tikinti
işləri aparılmışdır. Qalan 4 məktəbəqədər təhsil müəssisəsində də təmir
işlərinin aparılması nəzərdə tutulmuşdur. Dövlət Proqramının həyata keçirilməsi
üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb binasının
əsaslı təmir olunmasının salınması təhsil sahəsinə olan qayğının bundan sonra
da uğurla davam etdirilməsi deməkdir. Belə ki, hesabat dövründə Qazax şəhər
Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə aparılan bərpa-gücləndirmə və
əsaslı təmir işləri yekunlaşmış və məktəb 4 fevral 2019-cu il tarixdə
istifadəyə verilmişdir.. Hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Xalq
yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam
orta məktəbin əsaslı təmirinə başlanılıb. Qazax Rayon
Mərkəzi Xəstəxanasının nəzdində 135 çarpayılıq şəhər xəstəxanası, 30 çarpayılıq
Uşaq xəstəxanası, 30 çarpayılıq Doğum evi, bir Təcili və Təxirə Salınmaz Tibbi
Yardım stansiyası, 3 Poliklinika şöbəsi, 100 çarpayılıq Ruhi
xəstəxana, 2 kənd xəstəxanası, 16 kənd həkim məntəqəsi və 17 kənd tibb
məntəqəsi fəaliyyət göstərir. Bundan əlavə, rayonda respublika tabeçiliyində
olan Müalicə Diaqnostika Mərkəzi və 113 təcili tibbi yardım xidməti fəaliyyət
göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il
tarixli 374s saylı Sərəncamına uyğun olaraq köhnə Mərkəzi Rayon Xəstəxanasının
yerində yeni 145 çarpayılıq 10 korpusdan ibarət Mərkəzi Rayon Xəstəxana
Kompleksinin 5 korpusunda tikinti işləri başa çatdırılmış, tibbi avadanlıq və
inventarlarla tam yüksək səviyyədə təmin edilmişdir. Əlavə 5 korpusun tikinti
işləri başa çatdırılıb, xəstəxana yaxın vaxtlarda istifadəyə veriləcəkdir. 2019-cu ildə Azərbaycan Respublikasının şəhər və
rayonlarında çoxmənzilli binaların dam örtüyünün təmiri ilə bağlı əlavə
tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 fevral 2019-cu il
tarixli 922 nömrəli Sərəncamı ilə Qazax rayonunda 8 çoxmənzilli binaların dam
örtüklərinin təmirinə 669,53 min manat vəsait ayrılmışdır. Sonra məruzə ətrafında çıxışlar olub. Qazax Rayon
Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinin
müdiri Laçın Qurbanov və başqa natiqlər çıxış edərək hesabat dövründə rəhbərlik
etdikləri sahələrdə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar. Hesabat
dövründə görülmüş işləri yüksək qiymətləndiriblər. Bildiriblər ki, Qazaxı və qazaxlıları bundan sonra da daha
böyük uğur və nailiyyətlər gözləyir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
yığıncağa yekun vuraraq qarşıda duran vəzifələrdən danışıb, tapşırıq və
tövsiyələrini verib. Vəli VƏLİYEV, "Respublika” qəzetinin bölgə müxbiri 16 avqust 2019-cu il
Facebook-da paylaş