• Təqvim

  • Unutma

  • Maraq



Qəbul zamanı müraciət etmiş daha bir vətəndaşın məsələsinə baxılıb


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ümumi qəbul zamanı müraciət etmiş daha bir vətəndaşın istəyinə əsasən onun yaşadığı ünvanda olub. Şəhərin Bakı küçəsi 329 ünvanında yaşayan Elyazova Zərqələm İsmayıl qızı müraciətində yaşadığı məhlədə su-kanalizasiya xəttinin çəkildiyini və evinin qarşısında qazılan quyu ilə bağlı narazılığını bildirib.

Vətəndaşın istəyi ilə əlaqədar yerində baxış keçirən rayon rəhbəri onu narahat edən məsələnin tez zamanda aradan qaldırılacağını qeyd edib.

Su-kanalizasiya xəttinin çəkilişi üzrə ümumi sahə rəisi Tahir İsmayılov görülən işlər barədə məlumat verərək qeyd edib ki, hazırda bu küçədə çəkilişlər başa çatmaq üzrədir. Eyni zamanda yaşlı ananı narahat edən məsələ də qısa vaxtda aradan qaldırılacaq.

Bakı küçəsində su-kanalizasiya xəttinin çəkilişi üzrə görülən işlərlə tanış olan icra başçısı işlərin keyfiyyəti ilə yanaşı, sakinlərin rahatlığının təmin olunmasına, küçədə səliqə-sahman yaradılmasına xüsusi üstünlük verilməsini, çəkiliş zamanı vətəndaşları narahat edən hər hansı bir məsələ yaranarsa, operativ şəkildə baxılmasını bildirib. Bununla bağlı aidiyyəti üzrə tapşırıqlarını verib.


GOYEZEN.AZ



Facebook-da paylaş