• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib.

Şəhər sakini Cəfərov Ülvi Ariz oğlunun rəsm sərgisinin təşkil olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətinə cavab olaraq çəkdiyi rəsm əsərlərini təqdim etməsi və onun istəyinə baxılacağı bildirilib.

Daş Salahlı kənd sakini Məmmədova Pəri Bayramqızı müraciətində nəvəsinin işlə təmin olunmasına köməklik edilməsini qeyd edib. Vətəndaşa nəvəsinin rayonda aparılan tikinti işlərində işləməsi təklif olunub.

 

GOYEZEN.AZ



Facebook-da paylaş