• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib. Ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən keçirilən bugünkü fərdi qəbulda da vətəndaşları narahat edən bir sıra məsələlərə baxılıb.

Gəncə şəhər sakini Musay Ceyhunə Ələddin qızının torpaq sahəsinin sənədləşməsi, Bakı şəhər sakini Mustafayev Elşən Əsəd oğlunun ailə sahibkarlığı üçün torpaq sahəsi ilə təmin olunması barədə müraciətlərinə cavab olaraq rəsmi qaydada aidiyyəti üzrə müraciət etmələri bildirilib.

Yuxarı Əskipara kənd sakini Hüseynova Mehparə Tahir qızı müraciətində işlə təmin olunmasına köməklik edilməsini qeyd edib. Vətəndaşa təsərrüfatda işləməsi təklif olunub.

Şəhər sakini Vəkilova Heyran İmran qızının, Çaylı kənd sakini Cəlilov Mətləb Cavanşir oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.




GOYEZEN.AZ



Facebook-da paylaş