• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaş fərdi şəkildə qəbul edilib


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Quşçu Ayrım kənd sakini, müharibə veteranı, təqaüdçü Kərimov Arzu Teymur oğlunu fərdi şəkildə qəbul edib, onu narahat edən məsələni dinləyib. Vətəndaş müraciətində iribuynuzlu mal-qarasının oğurlanmasını və bu məsələnin araşdırılmasına köməklik olunmasını xahiş edib.

Vətəndaşı diqqətlə dinləyən rayon rəhbəri hər zaman olduğu kimi, bu məsələnin də rayonun hüquq-mühafizə orqanları tərəfindən ətraflı şəkildə araşdırılacağını, ehtimal olunan nə varsa, yerində dəqiq şəkildə baxılacağını qeyd edib. İcra başçısı məsələyə dəqiq və operativ şəkildə baxılması üçün aidiyyəti üzrə tapşırıq verib.

GOYEZEN.AZ



Facebook-da paylaş