• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib. Ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən keçirilən bugünkü fərdi qəbulda da vətəndaşları narahat edən bir sıra məsələlər dinlənilib.

Şəhər sakini Pərvanəyeva Gülcöhrə Məhərrəm qızı mənzillə təmin olunması barədə müraciət edib. Vətəndaşa boş yer yaranan zaman müraciətinə baxılacağı qeyd olunub.

Kosalar kənd sakini, şəhid anası İsmayılova Zərnişan Dəmir qızının sahibkarlıq obyektinin inşası üçün torpaq sahəsinin ayrılması ilə bağlı istəyinə cavab olaraq aidiyyəti üzrə müraciət etməsi bildirilib.

Fərəhli kənd sakini Nəbiyeva Sübhanə Səyavuş qızı özünün, şəhər sakini Hüseynov Ayət Vilayət oğlu isə qardaşı oğlunun işlə təmin olunmasına köməklik edilməsini bildiriblər. Vətəndaşların müraciətlərinə cavab olaraq Müəllimlərin İşə Qəbulu üzrə və dövlət qulluğuna olan imtahanlarda iştirak etmələri tövsiyə edilib.

Gəncə Tibb Kollecini bitirmiş Daş Salahlı kənd sakini Veyisova Aytən Məqsəd qızı yeni istifadəyə veriləcək mərkəzi xəstəxanada ixtisasına uyğun işlə təmin olunmasına edilən köməyə görə minnətdarlığını çatdırıb. Ölkəmizdə gənclərə göstərilən dövlət qayğısını yüksək qiymətləndirib.  

Sofulu kənd sakini Hacıyeva İlhamə Qəhrəman qızının, Məzəm kənd sakini Cəfərova Samirə Daşdəmir qızının, Çaylı kənd sakinləri Qaraxanova Zemfira Maryaq qızının,  Məmmədova Yeganə Afiq qızının, Axundova Məhbubə Xaliq qızının, Daş Salahlı kənd sakini Qurbanlı Muradxan Ziyada oğlunun, Birinci Şıxlı kənd sakinləri Alıyev Ələddin İsrafil oğlunun, Alıyev Nürəddin İsrafil oğlunun, şəhər sakini Mustafayev Mustafa Rasim oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.








GOYEZEN.AZ



Facebook-da paylaş