Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Dövlət başçısı İlham Əliyevin
tapşırıq və tövsiyələrinə əsasən həftə ərzində sakinlərlə keçirilən səyyar
görüşlər, fərdi qəbullar, vətəndaşların istəyinə əsasən müraciətlərinə yerində
baxılması bir amala xidmət edir ki, bunun da kökündə hər zaman vətəndaş
məmnunluğu dayanır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir
qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul
edib, onları narahat edən məsələləri dinləyib.
Şəhər sakini Məmmədova
Sevil Süleyman qızının xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin verilməsi
barədə istəyinə cavab olaraq aidiyyəti üzrə müraciət etməsi bildirilib.
Çaylı kənd sakinləri
Məmmədova Yeganə Afiq qızı və Göşşüyev Əli Mürsəl oğlu övladlarının, Xanlıqlar kənd sakini Vəliyeva
Ləman Rəfail qızı, Daş Salahlı kənd sakini Süleymanova Növrəstə Fərhad qızı
özlərinin, şəhər sakini Gəncəliyev Allahverdi Sarif oğlu isə həyat yoldaşının
işlə təmin olunmalarına köməkilk edilməsini qeyd ediblər. Vətəndaşlara ixtisaslarına
və istəklərinə uyğun boş iş yeri yaranan zaman müraciətlərinə baxılacağı qeyd
olunub.
Çaylı kənd sakini, şəhid
atası Civişov Mehdi Əsəd oğlunun suvarma suyu ilə bağlı müraciətinə aidiyyəti
şəxslərin yerində baxış keçirəcəyi və həlli mümkün olan nə varsa, ediləcəyi
vurğulanıb.
Şəhər sakini, II qrup
Qarabağ müharibəsi əlili Osmanov Ceyhun Vidadi oğlunun, Yuxarı Əskipara kənd
sakini Tağıyev Ramin Vaqif oğlunun, Kəmərli kənd sakini Hüseynəliyev Niyazi
Yolçu oğlunun, Çaylı kənd sakini Alıyev Bəkir Alı oğlunun, İkinci Şıxlı kənd
sakini Məmmədova Elnarə Səyavuş qızının, Ürkməzli kənd sakini, II qrup Qarabağ
müharibəsi əlili Musayev Nüsrət Qulu oğlunun müxtəlif
səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş