Alpout kəndində vətəndaşların müraciətinə baxılıb
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov bir qrup Alpout kənd sakininin müraciətinə əsasən həmin kənddə olub. Vətəndaşlar kənddə mövcud
olan nasos stansiyasının su hövzəsinin genişləndirilməsi və təmizlənməsi barədə
müraciət etdiklərini qeyd ediblər. Sakinlərlə səmimi söhbət aparan rayon
rəhbəri Respublika Prezidenti İlham Əliyevin vətəndaşlara olan diqqət və
qayğısından danışıb. Ölkəmizdə vətəndaş amilinin hər zaman ön plana çəkildiyini,
onların müraciətlərinə həmişə xüsusi həssaslıqla yanaşıldığını, qaldırılan hər
bir məsələyə operativ şəkildə baxıldığını bildirib. Qazax Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Abbas
Göyüşov sakinlərin müraciəti ilə bağlı icra başçısına ətraflı məlumat verib və
bununla əlaqədar təkliflərini söyləyib. Vətəndaşları diqqətlə dinləyən rayon rəhbəri nasos
stansiyasının su hövzəsində təmizlik işlərinin aparılması, ərazinin
genişləndirilməsi ilə bağlı aidiyyəti şəxslərə tapşırıq verib. Kənddə su
təsərrüfatının yaxşılaşdırılması məqsədilə ehtiyac olduğu halda 2 ədəd 5 tonluq
su çəninin qoyulmasını bildirib. Sakinlər onların istəyini nəzərə alıb görüşə
gəldiyinə, qaldırdıqları məsələyə qısa bir vaxtda baxılmasına görə rayon
rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş