Səyyar görüşdə qaldırılan məsələyə yerində baxılıb
İldən-ilə artan genişmiqyaslı
tikinti-quruculuq işlərinin miqyasına görə böyük bir tikinti meydançasını
xatırladan Qazaxda bütün sahələr diqqət mərkəzində saxlanılır. Rayonda hər
zaman xüsusi həssaslıqla yanaşılan sahələrdən biri də vətəndaşların
müraciətlərinə operativ şəkildə cavab verilməsi, vətəndaşın istəyinə əsasən
yerində baxış keçirilməsidir. Son 3 ildir ki, rayon
rəhbərinin vətəndaşların müraciətlərinə əsasən yerində baxış
keçirməsi, qaldırılan məsələnin həlli istiqamətində yerindəcə tapşırıq verməsi artıq
bir ənənə halını alıb. Məhz bu diqqət və qayğının nəticəsidir ki, hər bir rayon
sakini ünvanladığı müraciətə, yazdığı məktuba dəqiq və operativ şəkildə
baxılacağını bilir. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov dünən Qazaxbəyli kəndində
keçirilən səyyar görüş zamanı sakinlər tərəfindən qaldırılan subartezian
quyusunun işləməməsi ilə bağlı müraciətlərinə əsasən bu gün yerində baxış
keçirib. Vətəndaşların subartezian
quyusunda suyun olmaması barədə müraciətini nəzərə alaraq Tovuz Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Elxan Əsgərov və
digər aidiyyəti şəxslərlə birlikdə subartezian quyusunun mövcud vəziyyəti ilə
maraqlanıb. Vətəndaşların müraciətini diqqətlə dinləyən icra
başçısı onları narahat
edən məsələyə aidiyyəti üzrə baxılacağını bildirib. Tovuz Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Elxan Əsgərov kənd sakinlərinin qaldırdığı
məsələnin həlli ilə bağlı təklif və tövsiyələrini bildirib. Şənbə günü
subartezian quyusunda suyun olub-olmamasının öyrəniləcəyini və işləməsi üçün
lazımi tədbirlərin görüləcəyini qeyd edib. Sakinlərlə səmimi söhbət
aparan rayon rəhbəri hər zaman olduğu kimi bu məsələnin də operativ şəkildə
həll olunacağını vurğulayıb və bununla bağlı aidiyyəti şəxslərə tapşırıqlar
verib. Kənd sakinlərindən Yasin
Abayev onların istəyini nəzərə alaraq görüşə gəlməsini, müraciətlərinə dərhal
münasibət bildirilməsini razılıq hissi ilə qarşılayıb, özünün və kənd
sakinlərinin adından minnətdarlığını bildirib. Ölkə vətəndaşına göstərilən
diqqət və qayğıya, səmimi münasibətə görə dövlət başçısına və rayon rəhbərinə sonsuz
təşəkkürünü çatdırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş