İcra başçısı binalarda görülən işlərlə tanış olub
Qazaxda həyata keçirilən
genişmiqyaslı tikinti-quruculuq işlərinin arasında çoxmənzilli binaların əsaslı
təmirinə də üstünlük verilir. Vətəndaşların yaşayış şəraitinin
yaxşılaşdırılması istiqamətində görülən bu işlərin nəticəsidir ki, rayonda
mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 120-dən çoxu təmir olunub.
Qalan binaların əksəriyyətində də təmir işlərinə sürətlə start verilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov şəhərin mərkəzində dam örtükləri dəyişdirilən Ə.Dilbazi
2, 4 və hazırda dam örtüyü
yenilənən Bakı küçəsində yerləşən 76 saylı binalarda olub, görülən işlərin
keyfiyyəti ilə maraqlanıb.
İcra başçısı görülən bütün
işlərin sakinlərin istəyinə uyğun şəkildə aparılmasını bildirib və bu
istiqamətdə tapşırıqlarını verib. İstər binalarda, istərsə də həyətdə bütün
işlərin yüksək səviyyədə görülməsini qeyd edib. Bakı 76 saylı binanın
sakinlərindən Sədaqət Əliyeva rayonda görülən genişmiqyaslı işlərə, xüsusilə də
çoxmənzilli binaların təmirinə görə ölkə başçısı İlham Əliyevə, rayon
rəhbərliyinə minnətdarlığını bildirib. Onların yaşadıqları birmərtəbəli binanın
təmir olunmasını razılıq hissi ilə qarşıladıqlarını vurğulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş