• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı mərkəzi xəstəxanada görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb


Qazaxda 2,6 hektar sahədə inşa olunan 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının tikintisi sürətlə davam etdirilir. 10 korpusdan ibarət olan xəstəxananın 5 korpusu ötən il inşa olunaraq tam hazır vəziyyətə gətirilib. Hazırda qalan 5 korpusun tikintisi isə uğurla həyata keçirilir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mərkəzi xəstəxananın qalan 5 korpusunda - Gigiyena və Epidemiologiya Mərkəzi, təcili tibbi yardım, dializ, ümumi cərrahiyə-travmatologiya şöbələrinin yerləşəcəyi korpuslarda görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb.

İş icraçısı Calal Əfəndiyev görülən işlər barədə ətraflı məlumat verərək qeyd olunan bütün korpuslarda əsas işlərin xeyli hissəsinin görüldüyünü bildirib. Yoluxucu xəstəliklər şöbəsində də işlərin eyni qaydada davam etdiyini qeyd edib.

Məlumat üçün bildirək ki, 10 korpusdan əlavə binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası, transformator stansiyası, nəzarət-buraxılış məntəqəsi inşa edilib ki, onlar da tam hazırdır.













GOYEZEN.AZ



Facebook-da paylaş