• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Qazaxda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə respublikanın hər yerində olduğu kimi, Qazax rayonunda da bir sıra silsilə tədbirlər həyata keçirilib.

Rayonun bütün yaşayış məntəqələrində, idarə, müəssisə və təşkilatlarında Xocalı qurbanlarının xatirəsi anılıb, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində soyqırıma həsr edilmiş foto, rəsm, şeir və inşa yazı müsabiqələri, ali və orta ixtisas təhsil müəssisələrində elmi-praktik konfranslar keçirilib.

Rayonun bütün yaşayış məntəqələrində Azərbaycanın dövlət bayraqları endirilib və həmin gün rayon ərazisində soyqırım qurbanlarının xatirəsi bir dəqəqəlik sükutla yad edilib.

Tədbirlər çərçivəsində Şəhidlər Xiyabanında Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
Qazaxda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Mərasimdə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov, hərbi hissələrin və hüquq-mühafizə orqanlarının şəxsi heyəti və əməkdaşları, çoxsaylı əmək kollektivləri, müharibə və əmək veteranları, gənclər, QHT və KİV nümayəndələri, yüzlərlə rayon sakini iştirak edərək şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə qərənfil dəstələri qoyublar.
Qazaxda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Qazaxda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Qazax şəhərində və rayonun kəndlərində olan məscidlərdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub, insanlar Şəhidlər Xiyabanına gələrək faciə qurbanlarının xatirəsini anıblar.
Qazaxda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Sonra Qazax rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş, yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı pyesi əsasında hazırlanmış “Xəcalət” tamaşası göstərilib.

Qazaxda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Elçin İSMAYIL


Facebook-da paylaş