İcra başçısı şəhərin mərkəzində təmir işləri aparılan çoxmənzilli binalarda olub
Azadlıq küçəsi 92 saylı bina Bu gün hər kəsə yaxşı
məlumdur ki, Qazax həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinin,
abadlıq tədbirlərinin sayəsində böyük bir tikinti meydançasını xatırladır.
Həyata keçirilən məqsədyönlü işlərin nəticəsidir ki, rayonun siması köklü
surətdə dəyişir. Ən əsası isə aparılan abadlıq və quruculuq işləri rayonun
gözəlliyini artırmaqla yanaşı, insanların rahat şəraitdə yaşamasına, rayon
sakinlərinin işlə təmin olunmasında da böyük əhəmiyyət kəsb edir. Qazaxda son 3
ildə böyük sürətlə start götürən abadlıq işlərdən biri də rayondakı çoxmənzilli
binaların əsaslı şəkildə təmir olunmasıdır. Vətəndaşların yaşayış şəraitinin
yaxşılaşdırılması istiqamətində görülən bu işlərin nəticəsidir ki, rayonda
mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 120-si təmir olunub. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir işləri aparılan, şəhərin mərkəzində
yerləşən, hər biri 4 blokdan və 5 mərtəbədən ibarət olan Azadlıq 92, Ş.Xiyabanı 12 və 14 saylı binalarda görülən
işlərlə tanış olub, keyfiyyətlə maraqlanıb. Rayon rəhbərinə məlumat
verilib ki, hər üç binada giriş qapıları qoyulub, elektrik və rabitə xətləri
səliqəyə salınıb. Ş.Xiyabanı 14 saylı binanın bütün bloklarında işlər
yekunlaşmaq üzrədir. Ş.Xiyabanı 12 və Azadlıq 92 saylı binalarda da əsas işlər
başa çatıb. İcra başçısı görülən bütün
işlərin bina sakinlərinin istəyinə uyğun şəkildə aparılmasını bildirib və bu
istiqamətdə tapşırıqlarını verib. İstər binalarda, istərsə də həyətdə bütün
işlərin yüksək səviyyədə görülməsini qeyd edib. Ş.Xiyabanı 14 saylı binada
yaşayan sakin Pəri İsmayılova, Azadlıq 92 saylı binanın sakinləri Ramazan
Abdullayev və Elnarə Budaqova rayonda görülən genişmiqyaslı işlərə, xüsusilə də
yaşadıqları çoxmənzilli binaların təmirinə görə ölkə başçısı İlham Əliyevə,
rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sakinlər binalarda
səliqə-sahmanla yanaşı, işlərin keyfiyyətinə də üstünlük verildiyini
söyləyiblər. Azadlıq küçəsi 92 saylı bina Ş.Xiyabanı 12
saylı bina Ş.Xiyabanı 14
saylı bina
Facebook-da paylaş