• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Son 3 ildir ki, ölkə Prezidenti İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da prioritet sahə kimi daim diqqət mərkəzində saxlanılır. Vətəndaşların müraciətlərinə, qaldırdıqları problemlərin həllinə, onların həyat şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş tədbirlər bunu söyləməyə əsas verir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən həftə ərzində sakinlərlə səyyar görüşlərin, fərdi qəbulların keçirilməsi, vətəndaşların istəyinə əsasən müraciətlərinə yerində baxılması bir amala xidmət edir ki, kökündə vətəndaş məmnunluğu dayanır.

Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.

Daş Salahlı kənd sakini Mustafayev Şadət Nuru oğlunun torpaq sahəsi ilə təminolunma barədə istəyinə cavab olaraq aidiyyəti üzrə müraciət etməsi və rüsum haqqı ödəyərək torpaq əldə edə biləcəyi bildirilib.

Şəhər sakini Allahyarov Rüstəm Kavı oğlu övladının, Kəmərli kənd sakini Hüseynəliyev Niyazi Yolçu oğlu və Qarapapaq kənd sakini Rəhimov Gündüz Səməd oğlu isə özlərinin işlə təmin olunmalarına köməkilk edilməsini qeyd ediblər. Vətəndaşlara istəklərinə uyğun boş iş yeri yaranan zaman müraciətlərinə baxılacağı qeyd olunub.

Yuxarı Əskipara kənd sakini Eminov Kamandar Mustafa oğlunun, Bağanıs Ayrım kənd sakini Poladov Abbas Bəhmən oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.



GOYEZEN.AZ



Facebook-da paylaş