Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün tam əminliklə söyləyə bilərik ki, Azərbaycan
müstəqillik illərində başlanan sürətli və davamlı inkişaf yolunu Respublika
Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti və həyata keçirdiyi məqsədyönlü
layihələr əsasında uğurla davam etdirir.Dövlət siyasətinin əsasını təşkil
edən mühüm məqamlardan biri də respublika vətəndaşlarının müraciətlərində
qaldırdıqları problemlərin həllinə, onların həyat şəraitinin yaxşılaşdırılmasına,
sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş tədbirləri həyata
keçirməkdir. Ölkə başçısının dövlət siyasətinin əsasını
təşkil edən vətəndaş amili Qazaxda da ən mühüm sahə kimi daim diqqət mərkəzində
saxlanılır. Son 3 ildə rayon rəhbərinin dövlət başçısının tapşırıq və
tövsiyələrini əsas götürərək həftə ərzində sakinlərlə səyyar görüşlər, fərdi
qəbullar keçirməsi, vətəndaşların istəyinə əsasən müraciətə yerində baxması məhz
bu amala xidmət edir. Ən əsası da bu sahədə görülən işlərin kökündə vətəndaş
məmnunluğu dayanır. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon
sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları
narahat edən məsələləri dinləyib. Kosalar kənd sakini
Qasımova Marina Çırax qızının qonşusundan narazılığı ilə bağlı müraciətinə
yerində baxış keçiriləcəyi bildirilib. Şəhər sakinləri Əhmədova
Afət Zakir qızının, Əfəndiyeva Sima Əliabbas qızının, Əhmədli Nurlanə Nazim
qızının, Canalı kənd sakini Qurbanova Xatirə Tavariş qızının,
Hüseynbəyli kənd sakini, Qarabağ müharibəsi veteranı Əliyev Ələs Məhəmməd
oğlunun, Kəmərli kənd sakini Kazımova Sevda Hətəm qızının, Xanlıqlar kənd
sakini Vəliyev Şabo İsmayıl oğlunun, Qızılhacılı kənd sakini Hüseynova Hava
Qayıb qızının, Bağanıs Ayrım kənd sakini Adıgözəlova Türkan Ramiz qızının müxtəlif səpkili müraciəti də müvafiq olaraq
cavablandırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş