Qazaxda daha bir geyim mağazası istifadəyə verilib
Bu gün tam əminliklə
söyləyə bilərik ki, Azərbaycanda həyata keçirilən iqtisadi strategiyanın
prioritet istiqamətlərindən biri də ölkədə sahibkarlığın inkişafıdır. Dövlət
başçısının ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata
keçirdiyi tədbirlər, verdiyi tapşırıq və tövsiyələr respublikamızın bütün
bölgələrində ən əsas şərtlərdən biri kimi götürülür.Son 15 ildə ölkəmizdə sahibkarlığın
inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı həyata
keçirilən sistemli tədbirlər, dünya ölkələrinin qabaqcıl təcrübəsinin ölkəmizə
gətirilməsi, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal,
infrastruktur sahələrinin yaradılması istiqamətində atılan uğurlu addımlar
nəticəsində Azərbaycan iqtisadiyyatının, xüsusilə də sahibkarlığın inkişafı
təmin edilib. Bunun təməlində isə ulu öndər Heydər Əliyevin uğurlu siyasəti,
düzgün qərarları dayanır. Məhz sahibkarlıq sektorunda ulu öndərin əsasını
qoyduğu, bu gün isə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata
keçirilən islahatlar nəticəsində ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarların
sayı artır, böyük sahibkarlığa uğurlu addımın təməli qoyulur. Respublika
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişaf
etdirilməsi istiqamətində həyata keçirilən həmin məqsədyönlü tədbirlər respublikamızın
hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla icra olunur. Rayonda
sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün
yaradılan münbit şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki,
bu sahə sürətlə inkişaf edir. Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq
obyektləri, kənd təsərrüfatı və sənaye məhsulları istehsal edən müəssisələr,
istifadəyə verilən dükanlar, mağazalar, marketlər, otellər və s. söyləməyə əsas
verir. Bu
gün Qazaxda daha bir sahibkarlıq obyektinin – "LC Wakamono” geyim mağazasının açılış mərasimi olub. Mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə
və təşkilatların rəhbərləri,məktəb direktorları, mağazanın işçiləri, rayonda fəaliyyət
göstərən sahibkarlar, rayon sakinləri iştrak ediblər.
Tədbirin aparıcısı Akif Əmirov mağazanın açılışı
münasibətilə ürək sözlərini çatdırıb və təbrik üçün sözü Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşova verib. İcra başçısıçıxış edərək yeni mağazanın istifadəyə
verilməsi münasibətilə rayon sakinlərini və mağazanın əməkdaşlarını səmimi
qəlbdən təbrik edib. Qazaxda bütün sahələrdə olduğu kimi, son 3 ildə
sahibkarlıq sahəsində də uğurlu göstəricilərin əldə edildiyini qeyd edib. Buna
rayonda fəaliyyətə başlayan sahibkarlıq obyektlərini misal göstərib və bu cür
obyektlərin sayının ildən-ilə daha da artdığını vurğulayıb. Rayon rəhbəri
sahibkarlığın sürətlə inkişaf etməsində sahibkarlığa dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsini,dövlət-sahibkar
münasibətlərinin düzgün təməl üzərində qurulmasını əsas şərtlərdən biri kimi
qeyd edib.
İcra başçısı bildirib ki, bu gün Qazaxda sahibkarlığın
inkişaf etməsi üçün şəffaf və münbit şərait var. Rayonda istər kiçik, istər
orta, istərsə də böyük sahibkarlıq paralel şəkildə inkişaf edir. Ölkə
başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Qazaxda sahibkarlığın
inkişafı istiqamətində görülən işlərin bundan sonra da uğurla davam
etdiriləcəyini söyləyən icra başçısı rayonda hər bir sahibkar üçün geniş
imkanlar yaradıldığını bildirib. Rayon
rəhbəri şəhərin mərkəzində, Heydər Əliyev prospektində yerləşən və öz
görkəmi ilə seçilən yeni mağazanın istifadəyə verilməsini rayonumuzda
sahibkarlığın inkişafına göstərilən dəstəyin, yeni iş yerlərinin açılması
istiqamətində atılan uğurlu addımın daha bir əyani göstəricisi kimi
dəyərləndirib. Tədbirdə iştirak edən "Hilal”
Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov, "Coğaz”
MMC-nin rəhbəri Azər Mərdalıyev çıxış edərək yeni istifadəyə verilən mağazanın
sahibini və əməkdaşlarını təbrik edərək öz fəaliyyətlərini daha da
genişləndirmələrini arzu ediblər. Ölkədə sahibkarlara geniş imkanlar yaratdığı
üçün dövlət başçısı İlham Əliyevə, bu qayğını Qazaxda olduğu kimi həyata
keçirdiyinə görə rayon rəhbərinə sahibkarlar adından minnətdarlıqlarını
bildiriblər. Son günlər ölkə rəhbərinin əhalinin maddi rifah halının
yaxşılaşdırılması istiqamətində imzaladığı çoxsaylı sərəncamları sahibkarlar
olaraq minnətdarlıq hissi ilə qarşıladıqlarını qeyd ediblər. Bu cür artımların
əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, alıcılıq qabiliyyətlərinin
artmasına və nəticədə bu cür sahibkarlıq obyektlərinin açılmasına öz müsbət
təsirini göstərdiyini vurğulayıblar. "LC Wakamono” mağazasının sahibi Cahandar Həsənov rayon rəhbərliyinə minnətdarlıq edərək
bildirib ki, Qazax rayonunda özəl sektorun inkişafı üçün yaradılan şərait,
göstərilən diqqət və qayğı biz sahibkarlara böyük stimul verir və yeni
mağazalar, dükanlar, istehsal obyektləri açmağa sövq edir. Qeyd edib ki, bu gün
əsas hədəfimiz sahibkarlığın inkişafının sürətləndirilməsi istiqamətində
dövlətimiz tərəfindən həyata keçirilən uğurlu siyasəti dəstəkləmək və bu yolda
öz töhfəmizi verməkdir.
C.Həsənov mağaza barədə məlumat verərək bildirib ki, "LC Wakamono” geyim mağazasını
rayon ərazisində açmaqla sakinlərimizə xidmət göstərmək, bundan əlavə, rayonda
yeni iş yerlərinin açılmasında dəstək olmaqdır. İlkin olaraq 5 nəfər işçinin
çalışdığını qeyd edib və mağazanın kollektivi olaraq müştərilərin etimadını qazanmaq və onlara yüksək səviyyədə
xidmət göstərmək üçün var qüvvələri ilə çalışacaqlarını bildirib. Mağaza sahibi
sonda sahibkarlara göstərilən diqqət və qayğıya, verilən dəstəyə görə ölkə
başçısına və rayon rəhbərliyinə bir daha minnətdarlığını çatdırıb. Bu gün
açılış mərasimində iştirak edərək dəstək olan hər kəsə təşəkkürlərini bildirib. Rəmzi
açılışı bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları mağazada təqdim
olunan məhsullarla və vətəndaşlara göstəriləcək xidmətlərlə tanış olublar. İştirakçılara məlumat verilib ki, 1 mərtəbədən
ibarət olan mağazada kişi və qadın, eləcə də uşaq geyimlərinin satışı təşkil
olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş