“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 85-ci kitabı çapdan çıxıb
GOYEZEN.AZ AZƏRTAC-a istinadən "İlham Əliyev. İnkişaf -
məqsədimizdir” çoxcildliyinin 85-ci kitabı çapdan çıxıb
İqtisadi cəhətdən asılı vəziyyətdə olan ölkələr müstəqil siyasət apara
bilmirlər, yaxud da ki, aparmaqda çətinlik çəkir. Biz isə tam müstəqil siyasət
aparırıq, bütün məsələlərlə bağlı bizim öz mövqeyimiz var və bu mövqeyi
çəkinmədən ifadə edirik. Biz bütün prinsipial məsələlərlə bağlı beynəlxalq
kürsülərdən səsimizi ucaldırıq, ədaləti və qanunun aliliyini təbliğ və müdafiə
edirik.
AZƏRTAC xəbər verir ki, "İlham Əliyev.
İnkişaf - məqsədimizdir” çoxcildliyinin bu günlərdə çapdan çıxmış 85-ci
kitabında yer alan bu fikirlər Azərbaycan Respublikasının regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının
dördüncü ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısının söylədiyi
nitqdən götürülüb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik
Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı
materiallar 2018-ci ilin yanvar-mart aylarını əhatə edir.
Kitabda Prezident İlham Əliyevin İsveçrənin Davos şəhərində Dünya İqtisadi
Forumu çərçivəsində keçirdiyi görüşlər haqqında informasiyalar, Bakıda "Cənub
Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında,
"İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması”
mövzusunda VI Qlobal Bakı Forumunda söylədiyi nitqlərinin mətnləri yer alıb.
Nəşrə Prezident İlham Əliyevin Azərbaycana səfərə gəlmiş Albaniya
Prezidenti ilə görüşünə, habelə Türkiyə, ABŞ, Böyük Britaniya, İtaliya,
Niderland, İran, Mərakeş, Yaponiya və digər dövlətlərin, Avropa İttifaqının,
Avropa Komissiyasının, ATƏT-in, Dünya Bankının yüksəkvəzifəli şəxslərini qəbul
etməsinə dair informasiyalar toplanıb.
Azərbaycan Prezidentinin bütün görüş və danışıqlarında
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları
və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolları prioritet kimi
qaldırılıb.
Çoxcildliyin 85-ci kitabına, həmçinin Prezident İlham Əliyevin Yeni
Azərbaycan Partiyasının VI qurultayındakı nitqinin, "Rossiya-24” telekanalının
müxbirinə müsahibəsinin mətnləri, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının V qurultayının iştirakçılarına məktubu və digər məktubları
daxil edilib.
Oxucular bu kitabda dövlətimizin başçısının Mingəçevir şəhərinə, Bərdə
rayonuna səfərləri haqqında materiallarla da tanış ola bilər.
Kitabda "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri verilib.
"Azərnəşr” tərəfindən buraxılan 85-ci kitabın hazırlanmasında Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Facebook-da paylaş