Qazaxda dövlət qulluqçularının peşə bayramı qeyd olunub
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə
bayramı kimi qeyd olunur. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi
dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş
Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu
tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi
qərara alınıb. Respublika Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli
Sərəncamı ilə təsis edilən bu gün respublikamızın hər yerində olduğu kimi,
Qazaxda da qeyd edilib. Əlamətdar gün münasibətilə Qazax Rayon İcra
Hakimiyyətinin akt zalında keçirilən tədbirdə icra aparatının kollektivi, RİHB-nin kənd İnzibati Ərazi Dairələri üzrə
nümayəndələri, dövlət qulluqçusu statusu olan idarə, müəssisə və təşkilatların
rəhbərləri, məktəb direktorları, KİV nümayəndələri iştirak
ediblər. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər
Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub əziz
xatirəsini böyük ehtiramla yad ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov tədbiri giriş sözü ilə açaraq peşə bayramı münasibətilə dövlət qulluqçularını
təbrik edib, onlara uzun ömür, möhkəm cansağlığı, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarının müdrik rəhbərliyi altında səmərəli fəaliyyət
arzulayıb. Qeyd edib ki, bu gün sürətlə
inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi
ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi
islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə
davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam
əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət
idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib,
vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri
təsisatlar yaradılıb.
Müstəqillik illərində Azərbaycanda hüquqi dövlətin
qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə
olunması üçün zəruri tədbirlər görülüb, bir çox strukturlar ləğv edilib və yeni
idarəetmə orqanlarının yaradılması prosesi davam etdirilir. Bu orqanların
dövlət quruculuğunda və ölkənin idarə olunmasında rolunu artırmaq və işini
səmərəli təşkil etmək üçün vaxtaşırı onların əsasnamə və nizamnamələrində,
eləcə də strukturlarında müvafiq dəyişikliklər edilir, vəzifələri və
funksiyaları dəqiqləşdirilir. Bildirib ki, Azərbaycanda dövlət qulluğu sahəsində
aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də
"Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda
dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası
qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının
cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. Dövlət
qulluğu sahəsində dünya təcrübəsini nəzərə alan bir çox sənədlər qəbul edilərək
geniş hüquqi baza yaradılıb. Bu sənədlər Azərbaycanda dövlət qulluğunun əsas
istiqamətlərini əhatə edərək dövlət qulluqçularının fəaliyyəti üçün lazımi
hüquqi zəmin, müvafiq icra və nəzarət mexanizmi formalaşdırıb. Bütün bunlar
cəmiyyətdə sosial ədaləti və vətəndaşların layiqli həyat tərzini təmin etmək,
demokratik təsisatları inkişaf etdirmək, elmin, mədəniyyətin və təhsilin
səviyyəsini yüksəltmək üçün dövlət qulluqçuları qarşısında geniş imkanlar açıb. Ölkəmizdə dövlət qulluqçularının peşəkarlığını
artırmaq məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət
qulluqçularının hazırlanmasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında
çalışan dövlət qulluqçularının peşə səviyyəsinin yüksəldilməsində, dövlət
qulluğunun nəzəri və praktiki məsələlərinin öyrənilib müvafiq təkliflər
verilməsində rolu böyükdür. Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən
qısamüddətli kurslarda hər il yüzlərlə dövlət qulluqçusu idarəetmənin müasir
tələblərini, bu sahədə olan yenilikləri həvəslə öyrənir, çalışdıqları idarə və
müəssisələrin işində tətbiq edirlər. İcra Başçısı bildirib ki, Azərbaycanda dövlət
qulluqçularının sayı ildən-ilə daha da artır ki, bu da yeni idarəetmə
strukturlarının yaradılması və bəzi qurumların yenidən təşkil olunması ilə
bağlıdır. Azərbaycanda dövlət qulluqçularının yaş tərkibi get-gedə cavanlaşır,
daha təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir ki, bu da müsbət
nəticəsini göstərir. Son 15 ildə dövlət qulluğunda çalışanların böyük əksəriyyətinin
gənclər təşkil etdiyini bildirən icra başçısı Respublika Prezidenti İlham
Əliyev tərəfindən dövlət qulluğu ilə bağlı imzalanan fərman və sərəncamların da
məhz gənc kadrların önə çəkilməsinə xidmət etdiyini bildirib.
Rayon rəhbəri vurğulayıb ki, Azərbaycan dövlətinin sürətli inkişafı, dünyanın
nüfuzlu iqtisadi qurumları tərəfindən tanınan nailiyyətləri, ilk növbədə, ölkə
rəhbərliyinin həyata keçirdiyi ardıcıl və davamlı islahatların nəticəsidir və
bu islahatların səmərəsini hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında
hiss edir, əldə olunan uğurlardan bəhrələnir. İyunun 18-də imzalanan çoxsaylı sərəncamlar
da bunu bir daha sübut etdi ki, ölkə başçısı hər zaman vətəndaşların maddi və
sosial rifah halının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır.
Atılan hər bir addımda, həyata keçirilən layihələrdə yalnız və yalnız ölkə
vətəndaşlarının xoş güzəranını düşünür. İcra
başçısı qeyd edib ki, bu gün hər bir vətəndaş fəxr etməlidir ki, müstəqil və
suveren Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Hər bir dövlət qulluğunda
çalışan vətəndaşın da ən böyük vəzifəsi görülən işlərə qiymət vermək, ölkəmizdə
yürüdülən siyasəti olduğu kimi dəstəkləmək və bu yolda ölkə rəhbərinin yanında
olduğumuzu, həmrəylik nümayiş etdirdiyimizi göstərməliyik. Sonra
dövlət qulluqçularından DSMF-nin
Qazax rayon şöbəsinin müdiri Laçın Qurbanov, Rayon Maliyyə İdarəsinin rəisi
Novruz Abdullayev, Təhsil şöbəsinin
müdiri Nizaməddin Babanlı RİHBA-da
aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova çıxış edərək ölkəmizdə dövlət
qulluqçularına göstərilən diqqət və qayğıdan danışıblar. Ölkəmizdə bütün sahələrin
inkişaf etməsində dövlət qulluqçularının böyük əməyinin olduğunu qeyd ediblər.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin
başçısı tərəfindən bir qrup dövlət qulluqçusuna peşə bayramları münasibətilə və əmək funksiyalarını peşəkarlıq səviyyəsində
yerinə yetirdiklərinə görə Fəxri Fərmanlar
təqdim edilib. Qazax Rayon İcra
Hakimiyyəti başçısı aparatında baş mütəxəssis vəzifəsində çalışmış Həbibova Elminaz Həmzəqızı isə dövlət qulluğunda 42 il müddətində göstərdiyi xidmətə
görə "Əmək veteranı” statusunun verilməsi münasibətilə təbrik edilib. Təltif olunan dövlət qulluqçuları onlara göstərilən
diqqət və qayğıya, etimada görə rayon rəhbərliyinə dərin minnətdarlıqlarını
bildirərək bundan sonra
da ölkəmizin inkişafı naminə daha böyük səylə çalışacaqlarını qeyd ediblər. GOYEZEN.AZ
Facebook-da paylaş