Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Respublika Prezidenti İlham
Əliyevindövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda hər zaman ön
planda tutulur. Son 3 il ərzində rayon rəhbərinin dövlət başçısının tapşırıq və
tövsiyələrinə uyğun olaraq həftə ərzində sakinlərlə keçirdiyi səyyar görüşlər,
fərdi qəbullar, eləcə də sakinlərin istəyinə əsasən yerində baxış keçirməsi
bunun bariz nümunəsidir. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon
sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları
narahat edən məsələləri dinləyib. Daş Salahlı kənd sakini, I
qrup əlil Qocayeva Sevinc Məqsəd qızının oğlunun, Ağköynək kənd sakini Omarova
Sevil Epitat qızının özünün, Xanlıqlar kənd sakini Mustafayev Nadir Mustafa
oğlunun gəlininin işlə təmin olunmaları barədə müraciətinə cavab olaraq müvafiq
iş yerləri təqdim olunub və təmin edilmələri barədə aidiyyəti üzrə tapşırıq
verilib. Xanlıqlar kənd sakini,
şəhid anası Süleymanova Raxmaya Mustafa qızının övladının yaşadığı sığınacaqda
eyvanın artırılmasına icazə verilməsi ilə bağlı müraciətinə yerində baxış
keçiriləcəyi və qeyd olunan məsələyə baxılacağı bildirilib. Şəhər
sakinləri Əliyev İslam Babaş oğlunun, Budaqov Mehman Əli oğlunun, Məzəm kənd
sakini Yusubov Elməddin Səhrəddin oğlunun müxtəlif səpkili müraciəti də müvafiq olaraq
cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş