Vətəndaşlar ölkə başçısına minnətdarlıq edib
Möhtərəm cənab Prezident. Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan
abadlıq-quruculuq işləri hər yerdə olduğu kimi, Qazax rayonunda da uğurla davam
edir. Görülən işlər nəticəsində rayonumuzun siması dəyişir, bütün sahələrdə
yenilənmə, inkişaf hiss olunur. Bizim yaşadığımız çoxmərtəbəli binanın əsaslı təmiri
və dam örtüyünün dəyişdirilməsi onun görkəmini tamamilə müasirləşdirib,
sakinlərin isə sevincinə səbəb olub. Artıq binamız səliqəli görünüşü ilə
şəhərimizi bəzəyir. Cənab Prezident, rayonumuzda aparılan
abadlıq-quruculuq işlərinə görə bir daha Sizə minnətdarlığımızı bildirir,
respublikamızın inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq. Dərin hörmətlə, Məmmədov Rövşən Manaf
oğlu Süleymanova Sevil
Maksim qızı Əliyeva Leyla Fazil
qızı Rüstəmova Dilarə İman
qızı Abdullayev Zaur Rüstəm
oğlu və başqalarından (Cəmi: 23 nəfər). Azərbaycan
Respublikası, Qazax rayonu.Rövşən Məmmədov və başqalarından,
Facebook-da paylaş