• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı təmir işləri aparılan çoxmənzilli binalarda olub

Azadlıq küçəsi 92 saylı bina


Bu gün sevindirici haldır ki, Respublika Prezidenti İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrə, imzaladığı çoxsaylı Sərəncamlara əsasən nəinki paytaxt Bakıda, eləcə də bölgələrdə çoxmənzilli yaşayış binaları təmir olunaraq vətəndaşların mənzil-məişət şəraitləri yaxşılaşdırılır.

Son 3 ildə Qazaxda da böyük sürətlə həyata keçirilən işlərdən biri məhz rayonda mövcud olan çoxmənzilli yaşayış binalarının təmir olunmasıdır. Vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 122-si təmir olunub. Yerdə qalan 41 binada da təmir işləri sürətlə davam etdirilir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir işləri aparılan şəhərin mərkəzində yerləşən, hər biri 4 blokdan və 5 mərtəbədən ibarət olan Azadlıq 92, Ş.Xiyabani 12 və 14 saylı binalarda görülən işlərin keyfiyyəti ilə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, hər üç binada bloklarda köhnə suvaqların çapılaraq tökülməsi və yenidən suvanaraq üzlük vurulması işi həyata keçirilir.

İcra başçısı binalarla yanaşı, hər üç binanı birləşdirən həyətdə də abadlıq işlərinin aparılması ilə bağlı aidiyyəti şəxslərə tapşırıq verib.




 

Ş.Xiyabani küçəsi 12 saylı bina

Ş.Xiyabani küçəsi 14 saylı bina


GOYEZEN.AZ



Facebook-da paylaş