Səyyar görüş zamanı qaldırılan məsələ ilə bağlı müşavirə keçirilib
Bu
gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun dünən Orta Salahlı kəndində sakinlərlə keçirilən
səyyar görüşü zamanı subartezian quyuları ilə əlaqədar qaldırılan məsələ və
onun həlli istiqamətində görülən işlərlə bağlı müşavirə keçirilib. Rayon
İcra Hakimiyyətində keçirilən müşavirədə RİHB-nin kənd İnzibati Ərazi Dairələri
üzrə nümayəndələri, bələdiyyə sədrləri, kəndlərdə yaradılmış işçi qrupunun üzvləri,
məsələ ilə bağlı təhkim olunmuş şəxslər və aidiyyəti idarə, müəssisə rəhbərləri
iştirak ediblər. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki,
bugünkü müşavirəni keçirməkdə də əsas məqsədimiz vətəndaşların rahatlığını təmin
etmək və onlara yüksək xidmət göstərilməsinin vacibliyini önə çəkməkdir. Qeyd
edib ki, sakinlər tərəfindən qaldırılan hər bir məsələyə diqqətlə yanaşılmalı və
həlli mümkün olan nə varsa, köməklik göstərilməlidir. Mövcud vəziyyətin nə
olmasından asılı olmayaraq elə etmək lazımdır ki, vətəndaşları narahat edən məsələlər
öz müsbət həllini tapsın. Bütün məsul şəxslər elə çalışmalı və xidmət göstərməlidir
ki, vətəndaşda dövlətə və dövlət başçısına olan inam hissini hər bir işləri ilə
artırsınlar. Rayon rəhbəri uzun illərdən bəri mövcud olan su probleminin də
zaman-zaman aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan
qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş
Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib. Əvvəlki illərdə
rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının
qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin
2019-cu ildə də davam etdiriləcəyini bildirib. "Əkin sahələrinin suvarma
suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə
dair əlavə tədbirlər haqqında” Respublika Prezidentinin 12 fevral 2019-cu
il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib.
İcra başçısı həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli,
Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində
1 ədəd subartezian quyularının qazılacağını bildirib. Son 3 ildə ölkə
başçısının qayğısı sayəsində rayonda 31 subartezian quyusunun qazıldığını, 10 ədəd
qazılmış quyunun balansa götürüldüyünü, bu il isə daha 11 ədədinin qazılacağını
qeyd edib. Sonra
icra başçısı dünən görüş zamanı səslənən subartezian quyularının mövcud vəziyyəti
və bununla bağlı görüləcək işlərlə maraqlanıb. Rayon
rəhbərinə səyyar görüş zamanı vətəndaşlar tərəfindən
səsləndirilən kənddəki 3 ədəd işləməyən subartezian quyusuna aidiyyəti şəxslər
tərəfindən baxış keçirildiyi və mövcud vəziyyətin yerindəcə öyrənildiyi barədə məlumat
verilib. Subartezian quyularındakı matorların təmir olunmaq üçün Tovuz Subartezian Quyuları
İstismarı İdarəsinin əməkdaşları tərəfindən aparıldığı bildirilib. Müşavirədə iştirak edən Tovuz Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Elxan Əsgərov qaldırılan məsələ ilə əlaqədar məlumat verərək
təmir işinin başa çatdığını söyləyib. Sabah hər 3 matorun Orta Salahlı kəndində
quyulara əlavə olunaraq subartezian quyularının fəaliyyətinin bərpa olunacağını
qeyd edib. İcra başçısı digər kəndlərdə olan subartezian quyularının mövcud vəziyyəti
ilə də maraqlanıb. Həftə ərzində bütün kəndlərdə mövcud olan subartezian
quyularına təkrar yerində baxış keçirilməsi, nasaz vəziyyətdə olan matorların
qeydə alınması və təmir olunması barədə adiyyəti şəxslərə tapşırıq verib. Vətəndaşların müraciətl ilə bağlı mövcud vəziyyətlə tanış olan rayon
rəhbəri qaldırılan hər bir məsələyə bundan sonra da diqqətlə baxılmasını və nəzarətə
götürülməsini tapşırıb. Müşavirədə iştirak edən Çaylı kənd sakini Qəzənfər Qocayev, Ağköynək
kənd sakini Arif Musayev və başqaları çıxış edərək onların müraciətlərinə
dərhal münasibət bildirilməsini razılıq hissi ilə qarşılayıb və buna görə rayon
rəhbərinə öz dərin minnətdarlıqlarını bildiriblər. Qaldırılan məsələnin tez bir
zamanda öz müsbət həllini tapacağına əmin olduqlarını qeyd ediblər. Həmçinin su
itkisinin qarşısının alınması, vətəndaşların sudan səmərəli istifadə etmələri
ilə bağlı fikir və təkliflərini də çatdırıblar. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq bundan
sonra da vətəndaş amilinin ön planda olacağını və qaldırılan ən xırda məsələyə
belə həssaslıqla yanaşılacağını bildirib.
Facebook-da paylaş