Qazaxda səhiyyə sahəsində çalışan işçilər təltif olunublar
İnsan üçün çox qiymətli və ən böyük sərvət sağlamlıqdır. İnsan
sağlamlığının keşiyində isə tibb işçiləri dayanır. Azərbaycanda tibbin inkişafı
daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra
onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizəsi
ilə bağlı idi. Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il
tarixli Sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu. Bu gün Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan,
insanların sağlamlığının keşiyində vicdanla dayanan minlərlə səhiyyə işçisi
vardır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin yaradıldığı tarixi nəzərə alaraq tibb işçilərinin peşə bayramı gününün
təsis edilməsi haqqında imzaladığı 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən
hər il 17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi
qeyd olunur. Respublikamızın bütün bölgələrində olduğu kimi, Qazax səhiyyəsində
çalışan tibb işçilərinin də peşə bayramı ilə əlaqədar tədbir keçirilib. Qazax
Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə icra aparatının məsul
işçiləri, rayonda səhiyyə sahəsində çalışan işçilər və KİV nümayəndələri
iştirak edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov tədbiri giriş sözü ilə açaraq əvvəlcə başda ölkə başçısı İlham Əliyev, Birinci
vitse-prezident Mehriban xanım Əliyeva olmaqla, bütün Azərbaycan xalqını, rayon
ictimaiyyətini, tədbir iştirakçılarını 15 İyun – Milli Qurtuluş Günü
münasibətilə təbrik edib. Rayonda çalışan bütün səhiyyə işçilərini peşə
bayramları münasibətilə səmimi qəlbdən təbrik edərək əhalinin sağlamlığının
keşiyində dayanan tibb işçilərinə gələcək işlərində uğurlar arzulayıb. 15 iyunun Azərbaycan xalqının həyatındakı tarixi
əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə
hakimiyyətə qayıdışından və bugünkü müstəqil Azərbaycanın təməlində həmin o
günün olmasından söz açıb. Ümummilli liderin Azərbaycan xalqının səsinə səs
verməsini, Azərbaycanı ikinci dəfə dağılmaq təhlükəsindən qorumasını xalqımıza
verilən ən yüksək qiymət kimi dəyərləndirib. İcra
başçısı ulu öndərin düşünülmüş və müdrik siyasətinin bu gün onun layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam edirildiyini və bu
inkişafın bütün sahələri əhatə etdiyini vurğulayıb. Dövlət
başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində qazanılan
uğurlardan danışan icra başçısı Azərbaycan
dövlətinin səhiyyənin inkişafına böyük qayğı göstərdiyini qeyd edib. Ölkəmizin iqtisadi, sosial-mədəni
və digər sahələrdəki inkişafı ilə yanaşı, səhiyyə sisteminin təkmilləşməsinə
göstərilən diqqət və qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində
bu sahədə əhaliyə göstərilən xidmətin əhəmiyyətli dərəcədə yaxşılaşdığını
bildirib. Rayon rəhbəri səhiyyə
sahəsində olan inkişafın Qazax rayonundan da yan keçmədiyini vurğulayaraq bu
istiqamətdə görülən genişmiqyaslı işlərdən söz açıb. Qazax rayon Mərkəzi
Xəstəxanasının tikintisini bu sahədə çalışan işçilərə, eləcə də düşmənlə
sərhəddə yerləşən rayon sakinlərinə göstərilən diqqətin ən bariz nümunəsi
olduğunu diqqətə çatdırıb. "Azərbaycan
Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər
planında 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan 5 korpusunun
inşasının öz əksini tapmasını bir daha dövlətin və dövlət başçısının
qazaxlılara verdiyi yüksək qiymət kimi dəyərləndirib. Sonra tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən səhiyyə
sahəsində çalışan bir qrup tibb işçisinə peşə bayramları münasibətilə əmək
funksiyalarını peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə Fəxri Fərmanlar
və gül dəstələri təqdim edilib. Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova çıxış edərək
peşə bayramlarının bu cür yüksək səviyyədə qeyd olunmasına və tibb işçilərinə
göstərdiyi diqqət və qayğıya görə bütün tibb işçiləri adından öz dərin minnətdarlığını
bildirib. Bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan səhiyyəsinin
onun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında böyük nailiyyətlər
qazandığını qeyd edib. Hər il müasir standartlara cavab verən səhiyyə
ocaqlarının, xəstəxanaların tikilərək istifadəyə verilməsini bu sahədə olan inkişafın
bariz nümunəsi kimi qiymətləndirib.
GOYEZEN.AZ
Facebook-da paylaş