Qazaxda məktəblilər Xocalıdan danışıb » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



Qazaxda məktəblilər Xocalıdan danışıb

Qazaxda məktəblilər Xocalıdan danışıb
Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə rayonun Daş Salahlı, Yuxarı Salahlı və II Şıxlı kəndlərində anım tədbirləri keçirilib.

Şəhidlər Xiyabanında və Abidə Komplekslərində keçirilən tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dualar oxunub.
Qazaxda məktəblilər Xocalıdan danışıb
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov anım tədbirlərində iştirak edib.
Qazaxda məktəblilər Xocalıdan danışıb
Tədbirlərdə çıxış edən Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov Xocalı soyqırımından, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən danışıb. Vurğulayıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni daşnaklarının terrorçu qrupu o zaman Xankəndidə yerləşən keçmiş sovet imperiyasının 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini yerlə yeksan edib. O gecə erməni qaniçənləri tərəfindən 613 nəfər qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. 150 nəfər Xocalı sakinindən bu günə kimi xəbər yoxdur.
Qazaxda məktəblilər Xocalıdan danışıb
Qazaxda məktəblilər Xocalıdan danışıb
R.Babaşov bildirib ki, xalqımızın dahi oğlu Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra bu faciəyə hüquqi-siyasi qiymət verilib.

Bu gün Azərbaycan dövləti erməni şovinistlərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün məqsədyönlü fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev torpaqlarımızın azad olunması, qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtması, Ermənistan hərbi birləşmələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxarılması istiqamətində ardıcıl iş aparır.
Qazaxda məktəblilər Xocalıdan danışıb
Tədbirdə şəhid anaları, valideynlər çıxış edərək qeyd ediblər ki, son vaxtlar Daş Salahlı, Yuxarı Salahlı, II Şıxlı, eləcə də şəhərdəki Şəhidlər Xiyabanlarında və Abidə Komplekslərində təmir-bərpa işlərinin aparılmasına görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Çıxışlarda Xocalı faciəsi ilə əlaqədar son illər dünya ictimaiyyətinə ətraflı məlumat verilməsi istiqamətində ciddi tədbirlər həyata keçirildiyi qeyd olunub, artıq dünyanın bir neçə ölkəsinin parlamentlərində Xocalı faciəsinin soyqırım kimi tanınmasından söz açılıb.
Qazaxda məktəblilər Xocalıdan danışıb
Sonra Araz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin, Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəbin, Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin, Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin və Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin şagirdləri Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Əllərində “Xocalı - 25”, “Xocalıya ədalət” və “Xocalı soyqırımı” sözləri yazılmış plakatlar tutmuş məktəblilər Xocalı faciəsinə, Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.

Qazaxda məktəblilər Xocalıdan danışıb
Qazaxda məktəblilər Xocalıdan danışıb
Qazaxda məktəblilər Xocalıdan danışıb
Elçin İSMAYIL


Facebook-da paylaş