Vətəndaşlar ölkə başçısına minnətdarlıq edib
Hörmətli cənab Prezident. Sizin tərəfinizdən verilən tapşırıqların, sərəncamların icrası nəticəsində
ölkəmizin şəhər və rayonları, kənd və qəsəbələri inkişaf edir, xalqımızın
güzəranı yaxşılaşır. Çox sevindirici haldır ki, bu il sosial məsələlərə diqqət
daha da çoxalıb, pensiyaların, sosial müavinətlərin və təqaüdlərin məbləği
artırılıb. Son bir neçə ildə şəhər və rayonlarda çoxmənzilli yaşayış binalarının
əsaslı təmirinə, onların dam örtüklərinin dəyişdirilməsinə, lift təsərrüfatının
yaxşılaşdırılmasına xüsusi diqqət yetirlir. Bu il bizim bina da təmir edildi.
İndi yaşayış binamız daha yaraşıqlı və səliqəli görünür. Sakinləri narahat edən
məsələlər aradan qaldırılıb. Cənab Prezident, bütün bu işlərə görə Sizə minnətdarlığımızı bildiririk.
Azərbaycanın daha da inkişafı naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq. Hörmətlə, Mehtiyev Vaqif Omar oğlu Əliyeva Afət İlham qızı Bayramova Nigar Məhəmməd qızı Qasımov Ramin Mayıl oğlu və başqaları. Azərbaycan Respublikası, Qazax rayonu.Vaqif Mehtiyev və başqalarından,
Facebook-da paylaş