Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Ölkə Prezidenti İlham
Əliyev tərəfindən vətəndaşlara göstərilən qayğının ən bariz nümunəsini son 3
ildə Qazaxda vətəndaş amilinin ön plana çəkilməsindən aydın şəkildə görmək
olar. Rayon rəhbərinin dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq
həftə ərzində sakinlərlə keçirdiyi səyyar görüşlər, fərdi qəbullar, eləcə də
sakinlərin istəyinə əsasən yerində baxış keçirməsi bunu söyləməyə əsas verir.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon
sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları
narahat edən məsələləri dinləyib.
Şəhər sakini Məmmədova
Türkan Lətif qızının işlə təmin olunması barədə müraciətinə cavab olaraq
ixtisasına uyğun Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda iştirak etməsi
tövsiyə olunub. Bununla yanaşı sənədlərini təqdim etməsi bildirilib.
Şəhər sakini İbrahimova
Tərlalə Mehdi qızı oğlunun evinin təmirinə göstərilən köməyə görə minnətdarlıq
edib. O, qeyd edib ki, müraciətimin öz müsbət həllini tapması bir daha onu
göstərdi ki, icra aparatına müraciət edən hər bir vətəndaşın istəyinə
həssaslıqla yanaşılır və mümkün olan köməklik göstərilir.
Daha bir şəhər sakini
Ərzənov İsmixan Şahqulu oğlu da sadəcə olaraq minnətdarlığını bildirmək üçün
gəldiyini söyləyib. O, qeyd edib ki, bu gün hər bir vətəndaşın borcudur ki,
ölkə başçısı İlham Əliyevin bizlər üçün gördüyü işləri, onun həyata keçirdiyi
uğurlu layihələri olduğu kimi təqdim edək və həmişə yüksək qiymətləndirək. Ölkə
rəhbərinin yürütdüyü siyasətə hər zaman dəstək olaq və onun ətrafında sıx
birləşdiyimizi öz əməli işlərimizlə nümayiş etdirək. Qazaxda vətəndaş amilinin
ön plana çəkilməsini həmin əməli işlərdən hesab edən sakin buna görə rayon
rəhbərliyinə minnətdarlığını bildirib.
Şəhər
sakinləri Gözəlova Rahiyə Əli qızının, Budaqov Mehman Əli oğlunun, Əliyev İlqar
Ələddin oğlunun, Qarapapaq kənd sakini Seyidov Mirabbas Mirsənan oğlunun,
Qazaxbəyli kənd sakini Əzizova Tahirə Rəşid qızının, Daş Salahlı kənd sakini
Mancanova Əfsanə Daşdı qızının, Alpout kənd sakini Qurbanov Sənan Aqif oğlunun,
Xanlıqlar kənd sakini, Aprel döyüşçüsü Daşdəmirov Əfqan Nüsrəddin oğlunun müxtəlif
səpkili müraciəti də müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş