• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı mərkəzi bazarda sakinlərlə görüşüb



Ölkə Prezidenti İlham Əliyevin hər zaman söylədiyi "Hər bir işin arxasında xalqa xidmət dayanır” cümləsi son 3 ildə Qazaxda görülən işlərdə, həyata keçirilən tədbirlərdə, vətəndaşlara olan diqqət və qayğıda özünü aydın şəkildə göstərir. Fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun sakinlərlə keçirdiyi görüşlər də bunun bariz nümunəsidir. İcra başçısının mütəmadi olaraq sakinlərin arasında olması, onların qayğıları ilə yaxından maraqlanması, narahat edən məsələləri öz dillərindən eşitməsi və həlli istiqamətində tapşırıqlar verməsi bir amala xidmət göstərir ki, onun da kökündə vətəndaşların rahatlığı, xoş güzəranı dayanır. Rayon rəhbərinin sakinlərin arasında olması və onlarla səmimi söhbət aparması demək olar ki, artıq bir ənənə halına çevrilib.

Bu gün icra başçısı "Nazim” MMC-yə məxsus şəhərin mərkəzində yerləşən mərkzi bazarda olub, sakinlərlə görüşüb, səmimi söhbət edərək onları narahat edən məsələlərlə, qayğılarla maraqlanıb.

Rayon rəhbəri bildirib ki, təyin olunduğum ilk gündən çalışmışam ki, hər zaman siz sakinlərin yanında olum, mövcud vəziyyəti, sizləri narahat edən qayğıları öz dilinizdən eşidim. Son illər respublikamızda həyata keçirilən abadlıq, quruculuq işlərindən söz açan icra başçısı bu inkişafın Qazax rayonundan da yan keçmədiyini qeyd edib. Rayonda görülən işlərdən, eləcə də mərkəzi bazarda yaradılan səliqə-sahman işlərindən danışan icra başçısı bildirib ki, görülən bütün işlərin, həyata keçirilən tədbirlərin arxasında xalqa xidmət dayanır.

Sakinlərlə səmimi söhbət aparan rayon rəhbəri satılan hər bir məhsulun keyfiyyətinə fikir verilməsini tövsiyə edib və əhalinin sağlamlığının qorunması baxımından keyfiyyətin, xüsusilə də sanitariya qaydalarına ciddi əməl olunmasının çox vacib məsələ olduğunu vurğulayıb.

Rayon rəhbəri ilə səmimi söhbət edən sakinlər bu ilin ilk rübündə ölkə başçısı tərəfindən əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan, imzalanan Fərman və Sərəncamlardan söz açaraq razılıqlarını bildiriblər. Əmək haqqının, təqaüdlərin, sosial müavinətlərin və bu qəbildən olan bir neçə sahə üzrə olan artımları onlara göstərilən diqqət və qayğı kimi qiymətləndiriblər. Respublikada, eləcə də Qazaxda aparılan abadlıq, quruculuq işlərinə, əhalinin rifah halının yaxşılaşdırılmasına görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildiriblər.


GOYEZEN.AZ



Facebook-da paylaş