İcra başçısı Aşağı Əskipara körpələr evi-uşaq bağçasında olub
Bu gün əminliklə qeyd edə
bilərik ki, Azərbaycanda daim diqqət mərkəzində saxlanılan, xüsusi həssaslıqla
yanaşılan sahələrdən biri məhz uşaqlarla bağlı olan sahədir. Son illər
Azərbaycanda uşaqlara olan sonsuz qayğının nəticəsidir ki, ölkəmizdə əsası ulu
öndər Heydər Əliyev tərəfindən qoyulmuş uşaq siyasəti bu gün onun layiqli davamçıları
ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva
tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının və Birinci
vitse-prezidentin gələcəyimiz olan uşaqlara göstərdiyi diqqət və qayğı, nəvaziş
bunun əyani sübutudur. Bu qayğının əyani göstəricisi isə respublikamızın hər
yerində yeni-yeni körpələr evlərinin inşa olunaraq istifadəyə verilməsidir.
Ölkə başçısının regionlarda
uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 12 fevral
2018-ci il tarixli sərəncama əsasən respublikamızın hər yerində olduğu kimi,
Qazaxda da məqsədyönlü işlər görülür. Qazaxda uşaqlara göstərilən diqqət və
qayğının nəticəsidir ki, yeni tikilən uşaq bağçalarının sayı ildən-ilə artır. Rayonda
olan 25 körpələr evi-uşaq bağçasından 20-nin müasir tələblərə cavab verən
səviyyəyə çatdırılması bu sahədə olan inkişafın göstəricisidir. Ən son Qazaxbəyli
kənd uşaq bağçasının yenidənqurma və əsaslı təmirdən sonra istifadəyə verilməsi
bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdirilməsi deməkdir.
Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov məcburi köçkünlər üçün Qazaxbəyli kəndində
salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasında
olub. Körpələrə verilən ərzaqların
keyfiyyəti, uşaqlara göstərilən diqqət və qayğı, balaca fidanların tibbi
müayinə olunmaları ilə maraqlanıb. Bəzi tapşırıq və tövsiyələrini verib.
Rayon rəhbəri qəsəbədə
yaşayan sakinləri narahat edən məsələləri də dinləyib və aidiyyəti üzrə baxılacağını
bildirib.
Sakinlərlə səmimi söhbət
edən icra başçısı daha sonra qəsəbədə yerləşən Aşağı Əskipara kənd tam orta
məktəbində də olub. Son zənglə bağlı hazırlıq işləri ilə maraqlanıb. GOYEZEN.AZ
Facebook-da paylaş