Vətəndaşlar ölkə başçısına minnətdarlıq edib
İbrahim Allahverənli və
başqalarından, Hörmətli cənab Prezident. Respublikamızın bütün bölgələri kimi, Qazaxın da siması gündən-günə
gözəlləşir, rayonumuz inkişaf edir, insanların güzəranı yaxşılaşır. Son illər
respublikamızda həyata keçirilən proqramlar və layihələr, sosial məzmunlu
sərəncamlar buna öz mühüm töhfələrini verməkdədir. Xüsusilə qeyd etmək istəyirik ki, rayonumuzda çoxmənzilli binalar əsaslı
təmir olunur və daha yaraşıqlı görkəm alır. Belə binalar sırasında bizim
yaşadığımız beşmərtəbəli binalar da var. Binalarımızın dam örtüyü yenilənib,
fasadları rənglənib, bloklara yeni giriş qapıları qoyulub. Həmçinin həyətlərdə
abadlıq işləri görülüb, işıqlandırma sistemi qurulub, səliqə-sahman yaradılıb. Əziz Prezidentimiz, görülən bütün bu işlərə görə Sizə minnətdarlığımızı və
təşəkkürümüzü bildiririk. Dövlətimizin ərazi bütövlüyünün bərpası və
Azərbaycanın inkişafı yolunda fəaliyyətinizdə Sizə uğurlar diləyirik. Hörmətlə, Allahverənli İbrahim Rəşid oğlu Məmmədova Mələk Şəmsi qızı Mirzəyeva Fidan Emin qızı Rəhimova Elnurə Nazim qızı Qurbanova Nuranə İlham qızı və başqaları (cəmi 29 nəfər) Azərbaycan Respublikası, Qazax rayonu.
Facebook-da paylaş