Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan
bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Birinci vitse-prezident Mehriban Əliyevanın təbrikində
deyilir: "Əziz həmvətənlər, Sizi müqəddəs Ramazan bayramı münasibətilə
təbrik edirəm. Bu mənəvi yenilənmə və təmizlənmə bayramında sizə xoşbəxtlik və
rifah, saf niyyətlər və xeyirxah işlər arzu edirəm. Allah sizin bütün
oruclarınızı və dualarınızı qəbul etsin, Vətənimizə sülh, xoşbəxtlik, xoş
günlər və firavanlıq bəxş etsin".
Facebook-da paylaş