İcra başçısı kəndlərdə ipəkqurdunun mövcud vəziyyəti ilə maraqlanıb
Son illər respublikamızın
hər yerində olduğu kimi Qazaxda da ildən-ilə inkişaf etdirilən sahələrdən biri
baramaçılıqdır. Rayonda "Azərbaycan Respublikasında baramaçılığın və
ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında ölkə Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il
tarixli Sərəncamından irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsini
ildən-ilə artan göstəricilərdən aydın şəkildə görmək olar. 2016-cı ildə 1502 kq
yaş barama təhvil verən qazaxlı kümçülər 2017-ci ildə bu rəqəmi 4623 kq-a
çatdırdılar. 2018-ci ildə 6260 kq yaş barama istehsal olunaraq "Azəripək”
ASC-yə təhvil verildi. Cari ildə isə kümçülər tərəfindən 8 ton yaş baramanın
istehsalı nəzərdə tutulub. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Kəmərli,
Qaymaqlı, Aslanbəyli, Birinci Şıxlı, Yuxarı Salahlı, Aşağı Salahlı, Orta
Slahlı-Qazaxbəyli, Daş Salahlı və Xanlıqlar kəndlərində olub ipəkqurdunun
mövcud vəziyyəti ilə maraqlanıb. Rayon rəhbərinə bildirilib
ki, artıq baramaçılıqda məhsul mövsümü yaxınlaşır. Belə
ki, ipəkqurdları beçinci yuxunu başa vuraraq barama sarımağa başlayıb. Beşinci
yaşda bəsləmə tədbirləri barədə məlumat verən kümçülər qeyd ediblər ki,
ipəkqurdu üçün sonuncu yaşda ən vacib məsələ yemin normativlər əsasında
verilməsi, yer sıxlığının azaldılması, havalandırmanın düzgün qurulmasıdır.
Yarpaqlar qurudularaq verilməlidir, əks təqdirdə, kümxanada xəstəlik yarana
bilər. İşçi qüvvəsi baxımından
böyük əhəmiyyət kəsb edən baramaçılığın inkişaf etdirilməsi kəndlərdə barama
yetişdirən kümçülər tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır. Bu gün
xeyli sayda kənd sakini baramanın yetişdirilməsində çalışır ki, onların arasında ölkə
Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun
təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlərə cəlb olunan sakinlər də
var. Bu gün "DOST İş Mərkəzi" MMC-də çalışan hər bir kənd sakini
istər ictimai işin təşkilinə, istərsə də ölkəmizdə baramaçılığın inkişafına
görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Mütəmadi olaraq onlarla görüşdüyünə, qayğıları ilə maraqlandığına, diqqət və
qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırırlar. Hər
il məhsulun bəhrəsini görən kümçülər cari ildə də daha çox məhsul götürməyi qarşıya
məqsəd qoyduqlarını söyləyirlər. Mövcud vəziyyətlə yerində
tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini də verib.Kəmərli kəndi
Qaymaqlı kəndi
Aslanbəyli kəndi
Birinci Şıxlı kəndi
Yuxarı Salahlı kəndi
Aşağı Salahlı kəndi
Orta Salahlı-Qazaxbəyli kəndi
Daş Salahlı kəndi
Xanlıqlar kəndi
Facebook-da paylaş