İcra başçısı mərkəzi xəstəxananın tikintisi ilə tanış olub
Xəbər verdiyimiz ki, Qazaxda 2,6 hektar sahədə inşa olunan 145 çarpayılıq rayon
mərkəzi xəstəxanasının tikintisi sürətlə davam etdirilir. 10 korpusdan ibarət
olan xəstəxananın 5 korpusu ötən il inşa olunub. Bu il isə qalan 5 korpusun
tikintisi həyata keçirilir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mərkəzi
xəstəxananın tikintisi ilə tanış olub, görülən işlərlə maraqlanıb. İş icraçısı
Calal Əfəndiyev görülən işlər barədə ətraflı məlumat verərək bildirib ki, ötən
il özül hissələri tökülmüş qalan 5 korpusun - Gigiyena və Epidemiologiya
Mərkəzi, təcili tibbi yardım, dializ, ümumi cərrahiyə-travmatologiya şöbələrinin
yerləşəcəyi korpuslarda əsas işlərin xeyli hissəsi görülüb. Hazırda yoluxucu
xəstəliklər şöbəsinin tikintisinə başlanılıb və özül hissə tökülür. Məlumat üçün
onu da qeyd edək ki, 10 korpusdan əlavə binanın ətrafında həcmi 400 kubmetr
olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası, transformator
stansiyası, nəzarət-buraxılış məntəqəsi inşa edilib ki, tam hazırdır. Rayon mərkəzi xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova qeyd edib ki, ölkəmizdə
səhiyyə sahəsində həyata keçirilən uğurlu islahatlar respublikamızın bütün
bölgələrini əhatə edir. Bunu Qazax rayonunun timsalında da aydın şəkildə
görürük. Səhiyyə ocağında rayon sakinlərinə yüksək səviyyədə tibbi xidmət
göstərilməsi üçün yaradılan şərait həm biz tibb işçilərinin, həm də sakinlərin
ürəyincədir. Səhiyyə sahəsinə olan diqqət və qayğıya, xüsusilə də xəstəxananın
tikintisinə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Görülən işlərlə
tanış olan rayon rəhbəri işlərin keyfiyyətlə aparılmasını qeyd edərək tapşırıq
və tövsiyələrini verib.
GOYEZEN.AZ
Facebook-da paylaş