• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaş ölkə başçısına minnətdarlıq edib

Hörmətli cənab Prezident.

Vətənimiz uğrunda şücaət göstərən insanlara olan qayğınızdan çox razıyam. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı ciddi xəsarət alaraq ayağımı itirmişəm. Sosial vəziyyətimizin yaxşılaşdırılması üçün görülən işlər, eyni zamanda, əlillərin ehtiyac duyduğu zəruri avadanlıqla təmin olunmağımız bizə yaşayıb-yaratmaq eşqi verir, nikbin düşüncələr bəxş edir.

Əziz Prezidentimiz, bu yaxınlarda mənə yeni protez verildi. Əlillərə olan dövlət qayğısına görə Sizə təşəkkür edirəm. Çox sağ olun!

Hörmətlə,

Nəsibov Elşad İsmixan oğlu

Azərbaycan Respublikası, Qazax rayonu, Hüseynbəyli kəndi.



Facebook-da paylaş