• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlara göstərilən qayğı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da daim diqqət mərkəzində saxlanılır. Son 3 ildə Qazaxda vətəndaş amilinin ön plana çəkilməsini həftə ərzində sakinlərlə keçirilən səyyar görüşlərdən, fərdi qəbullardan, eləcə də sakinlərin istəyinə əsasən yerində baxış keçirilməsindən aydın şəkildə görmək olar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.

Şəhər sakini Abdullayeva Firəngiz Firidun qızı torpaq sahəsinin verilməsi, Yuxarı Salahlı kənd sakini Qayıbov Saleh Tapdıq oğlu pay torpaq sahəsinin koordinatlarının dəqiqləşməsi ilə bağlı müraciət ediblər. Vətəndaşlara aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunub.

Şəhər sakini Abdullayeva Güzar Cəlal qızının əmək pensiyasının düzəldilməsinə kömək olunması barədə müraciətinə cavab olaraq aidiyyəti üzrə müraciət etməsi və yaş həddinin çatmasını gözləməsi bildirilib.

İkinci Şıxlı kənd sakini Məmmədov Qabil Məmməd oğlunun köşkün qoyulması üçün icazə verilməsi ilə bağlı müraciətinə isə yerində baxış keçirildikdən sonra icazə veriləcəyi barədə məlumat verilib.

Şəhər sakinləri Yusifova Qiyafət Şəfaqət qızının, Məmmədova Mənzər Yusif qızının, Hüseynova Günay Arif qızının, İbrahimova Tarlala Mehdi qızının, Hüseynova Şərifə Qədir qızının, Yuxarı Əskipara kənd sakini İsayeva Kamilə Telman qızının, Barxudarlı kənd sakini Qəfərova Nərgiz Cavad qızının, Məzəm kənd sakini Məmmədov İlqar Allahverdi oğlunun, Hüseynbəyli kənd sakini Mustafayeva Rahilə Abdurəhman qızının, İkinci Şıxlı kənd sakini Yadigarova Atlas Balahəddin qızının müxtəlif səpkili müraciəti də müvafiq olaraq cavablandırılıb.









GOYEZEN.AZ



Facebook-da paylaş