İcra başçısı Ə.Qədirov küçəsində təmir işləri yekunlaşan binalarda olub
Bu gün tam əminliklə
söyləyə bilərik ki, ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Qazaxda
bütün sahələrlə yanaşı vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması
istiqamətində də məqsədyönlü işlər görülür. Ölkə Prezidentinin imzaladığı
çoxsaylı sərəncamlara əsasən son 3 ildə rayonda mövcud olan 163 çoxmənzilli
yaşayış binasından artıq 100-dən çoxunun əsaslı şəkildə təmir olunaraq
sakinlərin istifadəsinə verilməsi bu dediklərimizin əyani sübutudur. Bütün bu
işlər vətəndaşlara göstərilən diqqət və qayğı ilə yanaşı, həm də yeni iş
yerlərinin yaradılması, həmin çoxmənzilli binaların təmirində çalışan rayon
sakinlərinin maddi rifah halının və sosial vəziyyətinin yaxşılaşdırılması
deməkdir. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir işləri yekunlaşmaq üzrə olan
şəhərin Ələddin Qədirov küçəsində yerləşən 2,3,4 saylı binalarda olub. Rayon
rəhbərinə məlumat verilib ki, demək olar ki, bütün işlər yekunlaşıb, açılış
üçün son hazırlıq işləri görülür. Məlumat üçün bildirək ki,
hər üç binanın daxili və xarici fasadı suvanaraq rənglənib. Pilləkan qəfəsləri,
elektrik, rabitə xətləri səliqəyə salınıb. Blokların girişinə yeni qapılar
qoyulub. Blokların
giriş hissəsində olan çardaqlar yenidən qurulub.
GOYEZEN.AZ
Facebook-da paylaş