İcra başçısı Qazaxbəyli kənd uşaq bağçasında görülən son tamamlanma işləri ilə tanış olub
Son 3 ildir ki, Qazaxda bütün sahələrlə yanaşı azyaşlı körpələrə olan qayğı
da daim diqqət mərkəzində saxlanılır. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk
gündən bu sahəyə olan diqqəti, ən əsas da körpə fidanlara olan sonsuz sevgisi
hər kəsə yaxşı məlumdur. Bu diqqət və qayğının bariz nümunəsidir ki, bu gün
Qazaxda uşaqların sağlam və gümrah böyümələri, onların Vətənə layiqli övlad kimi
yetişməsi, mükəmməl təhsil almaları üçün hər cür şərait yaradılır. Bu
istiqamətdə görülən işlərin əyani sübutu isə son 3 ildə rayonda mövcud olan 25
uşaq bağçasından 17-nin tam müasir standartlara cavab verən səviyyəyə
çatdırılmasıdır. Şəhərdə yerləşən 1,2,3,4,5,6 saylı,
kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış
yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı,
Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, İkinci Şıxlı kənd 2 saylı
körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala
Cəfərli kənd uşaq bağçaları həmin təmirli bağçalardır. Ötən
yazılarımızda da xəbər verdiyimiz kimi, xeyli
vaxtdır təmir işləri aparılan uşaq bağçalarından biri də Qazaxbəyli kənd uşaq bağçasıdır. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bağçada aparılan son tamamlanma
işləri ilə tanış olub. Rayon rəhbərinə məlumat verilib ki, təmir işləri
yekunlaşıb və bağçaya avadanlıqlar yerləşdirilib. Demək olar ki, açılış üçün
son hazırlıq işləri aparılır. Məlumat üçün onu
qeyd edək ki, bağça binasının dam örtüyü dəyişdirilib. Bağçanın ətrafına hasar
çəkilərək suvanıb, işıqlanma sistemi quraşdırılıb. Dəmir məhəcərlər və giriş
qapısı rənglənib. Həmçinin əlavə mətbəx tikilib və sanitar qovşaqları
yaradılıb. Müasir istilik sistemi çəkilib. Bütün qapı və pəncərələr yenilənib.
Pəncərələrin və binanın giriş qapısının kənarına aqlaydan haşiyələr vurulub.
Bağçanın həyətinə tamet döşənib. Dekorativ gül-çiçək əkilib. Yeni avadanlıqlarla
tam təmin olunub. Sonra icra
başçısı təmir olunması nəzərdə tutulan Kosalar kənd 1 saylı körpələr evi-uşaq
bağçasında da olub. Yaxın günlərdə bu bağçanın da əsaslı təmirinə başlanılacağını
qeyd edib. GOYEZEN.AZ
Qazaxbəyli kənd uşaq bağçası
Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçası
Facebook-da paylaş