• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı kəndlərdə ipəkqurdu yetişdirən kümçülərlə görüşüb

Alpout kəndi

"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Ölkə Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr Qazaxda da uğurla yerinə yetirilir. Artıq 4 il olacaq ki, bunu barama istehsalının ildən-ilə artması da əyani şəkildə sübut edir. 2016-cı ildə 1502 kq yaş barama təhvil verən qazaxlı kümçülər 2017-ci ildə bu rəqəmi 4623 kq-a çatdırdılar. 2018-ci ildə 6260 kq yaş barama istehsal olunaraq "Azəripək” ASC-yə təhvil verildi. Cari ildə isə kümçülər tərəfindən 8 ton yaş baramanın istehsalı nəzərdə tutulub. Belə ki, rayonda kənd təsərrüfatının gəlirli sahələrindən olan baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə icra olunması bu il də uğurla həyata keçirilir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda ipəkqurdu toxumu paylanılmış İkinci Şıxlı, Birinci Şıxlı, Alpout, Ürkməzli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Cəfərli, Aşağı Salahlı və Orta Salahlı kəndlərində ipəkqurdunun saxlanma şəraiti və mövcud vəziyyəti ilə tanış olub. Kümçülərlə görüşərək qayğıları ilə maraqlanıb.

Rayon rəhbərinə məlumat verilib ki, ipəkqurdunu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib. Yem bazası da kifayət qədərdir. Kümçülər mütəxəssislərin məsləhətlərindən yararlanaraq qurdlara aqrozootexniki qaydada qulluq etdiklərini bildiriblər.

İşçi qüvvəsi baxımından böyük əhəmiyyət kəsb edən baramaçılığın inkişaf etdirilməsi kəndlərdə barama yetişdirən kümçülər tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır. Bu gün xeyli sayda kənd sakini baramanın yetişdirilməsində çalışır ki, onların arasında ölkə Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlərə cəlb olunan sakinlər də var. Bu gün "DOST İş Mərkəzi" MMC-də çalışan hər bir kənd sakini istər ictimai işin təşkilinə, istərsə də ölkəmizdə baramaçılığın inkişafına görə Ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Mütəmadi olaraq onlarla görüşdüyünə, qayğıları ilə maraqlandığına, diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

Kəndlərdə barama yetişdirən kümçülər respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin rayon baramaçılarının bu sahəyə olan marağını artırdığını da vurğulayıblar. Hər il məhsulun bəhrəsini görən kümçülər cari ildə də daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyduqlarını söyləyiblər.

Mövcud vəziyyətlə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini də verib.

İkinci Şıxlı kəndi



Birinci Şıxlı kəndi



Alpout kəndi





Ürkməzli kəndi

Çaylı kəndi


Daş Salahlı kəndi







Xanlıqlar kəndi







Cəfərli kəndi



Aşağı Salahlı kəndi


Orta Salahlı kəndi


GOYEZEN.AZ



Facebook-da paylaş