Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş “Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransın bədii hissəsi “Damcılı” bulağında təşkil olunub
Xəbər
verdiyimiz kimi, bu gün Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Dillər
Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu
və Bakı Dövlət Universitetinin Qazax filialı ilə birlikdə Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr
olunmuş BeynəlxalqElmi Konfrans keçirilib. "Azərbaycan təhsili və elminin müasir problemləri”
mövzusunda keçirilən konfransın işində Türkiyə dövlətindən, Borçalıdan, Bakı,
Gəncə, Mingəçevir, Şəki, eləcə də respublikamızın müxtəlif bölgələrindən olan
elm və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib, 60-dan artıq
məruzə dinlənilib. Dinlənilən məruzələrdə Azərbaycanda təhsilin və elmin müasir
problemləri, təhsilə vurulan zərər, elm-təhsil siyasətinin inkişafı, Qori
seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi səbəbləri və s.
məsələlər müzakirə olunub. Açılış iclasından sonra konfrans Bakı Dövlət Universitetinin
Qazax filialında 8 bölmə iclası ilə öz işini davam etdirib. Qazax
rayonu ilə tanışlıqla yanaşı, günün ikinci yarısında ”Damcılı” bulağında konfransın bədii hissəsi təşkil
olunub. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək keçirilən
konfransın əhəmiyyətindən söz açıb və təşkilatlara, əməyi keçən insanlara rayon
ziyalıları adından minnətdarlığını bildirib. Təhsilimizin yaşadılmasında,
tarixi köklərimizə sahib çıxmağımızda bu cür konfransların böyük əhəmiyyət
daşıdığını bildirib. Tədbirdə
iştirak edən qonaqlar da öz növbələrində konfransın belə yüksək səviyyədə
təşkil olunmasına və qonaqpərvərliyə görə dərin minnətdarlıqlarını çatdırıblar.
Bu cür konfransaların bundan sonra da təşkil olunacağını, gələcəyimiz olan
gənclərin daha savadlı olması, ölkə təhsilinin inkişafı naminə bundan sonra da hər
kəsin öz sahəsi üzrə daha böyük səylə çalışacaqlarını qeyd ediblər. Aşıqlardan
Camoy Qurbanovun, Hüseyn Kəmərlinin, Samir Allahverdiyevin, Şahin Süleymanovun
bir–birindən şən saz havaları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Zəngin
və xoş təəssüratlarla başa çatan görüşün sonunda xatirə şəkilləri çəkdirilib. GOYEZEN.AZ
Facebook-da paylaş