Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Ölkə Prezidenti İlham
Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlara göstərilən qayğı respublikamızın
hər yerində olduğu kimi, Qazax rayonunda da daim diqqət mərkəzində saxlanılır. Son
3 ildə Qazaxda vətəndaş amilinin ön plana çəkilməsini həftə ərzində sakinlərlə keçirilən səyyar görüşlərdən, fərdi
qəbullardan, eləcə də sakinlərin istəyinə əsasən yerində baxış keçirilməsindən
aydın şəkildə görmək olar.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon
sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları
narahat edən məsələləri dinləyib.
Ağköynək kənd sakini
Musayev Yasin Fərhad oğlu yaşadığı evin yanından keçən 10 minlik elektrik xəttinin
yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib. Vətəndaşa aidiyyəti üzrə
müraciət etməsi bildirilib və qaldırılan məsələ ilə aidiyyəti şəxsə tapşırıq
verilib.
Barxudarlı kənd sakini
Əsgərov Navazi Muxdar oğlu onun adına olan evin oğlunun adına sənədləşməsinə
köməklik olunmasını xahiş edib. Vətəndaşın istəyini diqqətlə dinləyən icra
başçısı qaldırılan məsələnin araşdırılacağını bildirib.
İşlə təmin olunması barədə
müraciət edən Cəfərli kənd sakini Mustafayeva Xəyalə Məzahir qızına ixtisasına
uyğun olaraq Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda iştirak etməsi
tövsiyə olunub.
Şəhər sakinləri Əhmədova
Validə Hüseyn qızının obyektinin tikintisi, Yusifova İlhamə Nazim qızının qaz
xəttinin çəkilişi ilə bağlı müraciətlərinə cavab olaraq yerində baxış
keçiriləcəyi qeyd edilib.
Yuxarı
Salahlı kənd sakini, şəhid atası Əlləzov Ələddin Əlləz oğlu isə şəhid ailələrinə
göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, rayon rəhbərinə
minnətdarlığını bildirib. Övladının dəfni zamanı olan səmimi münasibətə və
qayğıya görə razılığını çatdırıb.
İkinci Şıxlı kənd sakini Məmmədov
Xurşid Bayram oğlu da torpağının sənədləşməsinə göstərilən köməyə görə
minnətdarlıq edib. O, qeyd edib ki, müraciətimin öz müsbət həllini tapması bir
daha onu göstərdi ki, icra aparatına müraciət edən hər bir vətəndaşın istəyinə
həssaslıqla yanaşılır və mümkün olan köməklik göstərilir.
Şəhər sakinləri Bədəlov
Elmar Həsən oğlunun, Şaqımov İsmayıl Nazim oğlunun, Çaylı kənd sakinləri
Nağıyev Mahir Hüseyn oğlunun, Aslanov Yaqub Təmraz oğlunun, Mehbalıyev Amil
Hidayət oğlunun, Ürkməzli kənd sakini Orucova Kəmalə Paşa qızının, Hüseynbəyli
kənd sakini Süleymanov Cavid Hüseyn oğlunun, Qazaxbəyli kənd sakini Əzizova Tahirə
Rəşid qızının, Kosalar kənd sakini Əsgərova Raya Abuzər qızının müxtəlif səpkili müraciəti də müvafiq olaraq
cavablandırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş