İcra başçısı kəndlərdə baramanın mövcud vəziyyəti ilə tanış olub
Respublikamızın hər yerində
olduğu kimi, Qazaxda da "Azərbaycan Respublikasında baramaçılığın və
ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında ölkə Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il
tarixli Sərəncamı uğurla icra edilir. Bu il də daxil olmaqla artıq 4 il olacaq
ki, rayonumuzda kənd təsərrüfatının gəlirli sahələrindən olan baramaçılığın
inkişafı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilir. Rayonda baramaçılığın
inkişaf etdirilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə
icra olunmasını əldə olunan uğurlardan da görmək olar. Bunu barama
istehsalının ildən-ilə artması da əyani şəkildə sübut edir. 2016-cı ildə 1502
kq yaş barama təhvil verən qazaxlı kümçülər 2017-ci ildə bu rəqəmi 4623 kq-a
çatdırdılar. 2018-ci ildə 6260 kq yaş barama istehsal olunaraq Şəki şəhərində
yerləşən "Azəripək” ASC-yə təhvil verildi. Cari ildə isə kümçülər
tərəfindən 8 ton yaş baramanın istehsalı nəzərdə tutulub. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda ipəkqurdu toxumu
paylanılmış Xanlıqlar, Daş Salahlı, Kəmərli,
Qaymaqlı, Aslanbəyli və Yuxarı
Salahlı kəndlərində
olub, ipəkqurdunun saxlanma şəraiti və mövcud vəziyyəti ilə maraqlanıb. Rayon rəhbərinə məlumat
verilib ki, ipəkqurdunu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün
hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib. Yem bazası da
kifayət qədərdir. İşçi qüvvəsi baxımından böyük əhəmiyyət kəsb edən
baramaçılığın inkişaf etdirilməsi kəndlərdə barama yetişdirən kümçülər
tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır. Kəndlərdə barama yetişdirən
kümçülər bildirib ki, respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata
keçirilən tədbirlər biz rayon baramaçılarının bu sahəyə olan marağını xeyli
artırıb. Hər il məhsulun bəhrəsini görən kümçülər cari ildə də daha çox
məhsul istehsal etməyi qarşıya məqsəd qoyduqlarını söyləyiblər. Mövcud vəziyyətlə yerində
tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini də verib. GOYEZEN.AZDaş Salahlı kəndi
Xanlıqlar kəndi
Daş Salahlı kəndi
Qaymaqlı kəndi
Aslanbəyli kəndi
Yuxarı Salahlı kəndi
Facebook-da paylaş