İcra başçısı kəndlərdə ipəkqurdu toxumunun mövcud vəziyyəti ilə maraqlanıb
Qazaxda bu il artıq dördüncü ildir ki,
ipəkqurdu bəslənilir. "Azərbaycan Respublikasında
baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham
Əliyevin 27 noyabr 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar
olaraq rayonda məqsədyönlü işlər görülür. Dövlət
başçısının ölkədə baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr
Qazaxda da müvəffəqiyyətlə icra olunur. Bunun nəticəsidir
ki, rayonda barama istehsalı ildən-ilə artır. Belə ki, qazaxlı kümçülər
tərəfindən 2016-cı ildə 1502 kq, 2017-ci ildə 4623 kq, 2018-ci ildə 6260 kq yaş
barama istehsal olunaraq Şəki şəhərində yerləşən "Azəripək” ASC-yə təhvil
verilib. Bu il isə kümçülər tərəfindən 8 ton yaş baramanın yetişdirilməsi
nəzərdə tutulub.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov rayonda ipəkqurdu toxumu paylanılmış Kəmərli, Qaymaqlı, Aslanbəyli, Yuxarı Salahlı, Birinci
Şıxlı, Daş Salahlı və Xanlıqlar kəndlərində
olub, ipəkqurdu toxumunun saxlanma şəraiti və mövcud vəziyyəti ilə maraqlanıb.
Rayon rəhbərinə məlumat verilib
ki, ipəkqurdu toxumunu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün
hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib. Yem bazası da
kifayət qədərdir.
Kəndlərdə barama
yetişdirən kümçülər bildirib ki, respublikada ipəkçiliyin inkişafı ilə bağlı
həyata keçirilən tədbirlər biz rayon baramaçılarının bu sahəyə olan marağını
xeyli artırıb. Hər il məhsulun bəhrəsini görən kümçülər cari ildə də daha
çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyduqlarını söyləyiblər.
Mövcud
vəziyyətlə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini
verib. GOYEZEN.AZ
Aslanbəyli kəndi
Yuxarı Salahlı kəndi
Birinci Şıxlı kəndi
Daş Salahlı kəndi
Xanlıqlar kəndi
Facebook-da paylaş