Kosalar kənd sakinləri ilə səyyar görüş keçirilib
Bu gün ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq hər həftə keçirilən növbəti səyyar görüşlərdən biri rayonun Kosalar kənd sakinləri ilə keçirilib. Bugünkü görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov da iştirak edib. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən bu görüşdə də ölkə başçısının yürütdüyü məqsədyönlü siyasətdən, verdiyi tapşırıq və tövsiyələrdən söhbət açılıb, eləcə də Qazaxda qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən işlərdən, qarşıda duran vəzifələrdən danışılıb. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək görüş iştirakçılarını Ramazan
bayramının başlanması münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. İcra
başçısı bildirib ki, hər bir görüşdə olduğu kimi, bugünkü görüşün də əsas
məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli
istiqamətində əməli işlər görməkdir. Həlli mümkün olan məsələləri operativ
şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar
qarşısında məsələ qaldırmaqdır. Ötən il 17 dəfə, bu ilin birinci rübü üzrə 3
dəfə Kosalar kəndində olduğunu qeyd edən rayon rəhbəri vətəndaş qayğılarının
həllinə yönələn bu cür görüşlərin mütəmadi olaraq keçiriləcəyini qeyd edib. İcra başçısı Respublika
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin
birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunan iclasda vətəndaşların ünvanına söylənilən dəyərli
fikirləri bir daha diqqətə çatdırıb. Qeyd edib ki, ölkə rəhbəri çıxışında
bildirdi ki, "Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır
məqamlarda dövlət onların yanındadır. Dövlət orqanları, mərkəzi və yerli icra
orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər,
daim vətəndaşların yanında olmalıdırlar. Müvafiq icra orqanlarının rəhbərlərinə
və məsul şəxslərə göstəriş verildi ki, onlar daim vətəndaşların problemləri ilə
məşğul olmalıdırlar. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar,
vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar,
onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək
göstərməlidirlər. Bu sahədə çox ciddi islahatlar aparılır və aparılacaq”. Bəli, bu
gün ölkə başçısı tərəfindən söylənilən bu fikirlər bir daha onu göstərir ki, müstəqil
Azərbaycan dövlətinin yürütdüyü məqsədyönlü siyasətin təməlində vətəndaş amili dayanır.
İcra başçısı Qazaxda da vətəndaş amilinin hər zaman diqqət mərkəzində
saxlanıldığını, son 3 ildə ölkə başçısının tapşırığına əsasən sakinlərlə
keçirilən səyyar görüşlərin, fərdi qəbulların, vətəndaşların müraciətlərinə
yerində baxış keçirilməsinin məhz bu amala xidmət etdiyini vurğulayıb. Rayon rəhbəri
ötən ilin axırları və bu ilin birinci rübündə ölkə rəhbəri tərəfindən imzalanan
fərman və sərəncamların, həyata keçirilən uğurlu layihələrin vətəndaşların
sosial rifah halının yaxşılaşdırılmasına yönəldildiyini qeyd edib. Buna misal
olaraq əmək haqqının, təqaüdlərin, şəhid ailələrinə, müharibə əlillərinə,
veteranlarına, tələbələrə verilən təqaüdlərin artırılmasını, eyni zamanda,
ödənişli əsaslarla təhsil alan tələbələrə belə təqaüdlərin verilməsini,
problemli kreditlərin həll olunması və bunun kimi onlarla işləri göstərib. İcra
başçısı bütün bu işlərin təməlində neft sektoru ilə yanaşı, qeyri-neft
sektorunda əldə olunan gəlirlərin, artımların dayandığını qeyd edib. Son illər
Azərbaycanın bir çox bölgələrində, o cümlədən də Qazaxda genişmiqyaslı
quruculuq işlərinin aparıldığını qeyd edən rayon rəhbəri 3 il ərzində xeyli
sayda işlərin görüldüyünü bildirib. İcra başçısı qeyd edib ki, bu illər ərzində
görülən işlərə nəzər yetirərkən aydın şəkildə görmək olur ki, rayonumuzda bütün
sahələrdə - kənd təsərrüatında, sosial obyektlərin inşasında, yeni iş
yerlərinin yaradılmasında, sənayeləşmədə uğurlu nəticələr əldə edilib. Rayonda
təhsil, səhiyyə, mədəniyyət, eləcə də digər sahələrdə əldə olunan
nailiyyətlərdən danışan rayon rəhbəri bu sahələr üzrə qazanılan uğurların
ildən-ilə artdığını qeyd edib. Rayon rəhbəri
bildirib ki, ötən həftə ölkəmizdə fəaliyyət göstərən 40-dan çox dövlətin
fövqəladə və səlahiyyətli səfirləri rayonumuzda olarkən son illər rayonda olan
inkişafın əyani şəkildə şahidi oldular. Sərhəddə yaşayan sakinlərlə görüşərək
qazaxlıların necə dözümlü, qəhrəman olduqlarını öz gözləri ilə gördülər. Səhiyyə
sahəsində qazanılan uğurlardan danışan icra başçısı rayonda inşa olunan mərkəzi
xəstəxana binasının tikintisini bu sahənin inkişafı istiqamətində atılan ən
uğurlu addım kimi qiymətləndirib. Xüsusilə də "Azərbaycan Respublikası
regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon
mərkəzi xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapmasını
dövlətin və dövlət başçısının qazaxlılara verdiyi yüksək qiymət kimi
dəyərləndirib. Bu gün qalan 5 korpusun tikintisinin davam etdirilməsini həm də
rayon sakinlərinin işlə təmin olunması istiqamətində atılan uğurlu addım kimi
qeyd edib. Təhsil
sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri ötən il qəbul
imtahanlarının nəticələrinə görə rayonumuzun 3-cü yerdə olduğunu vurğulayıb.
Rayonumuzda məktəb tikintisi sahəsində görüləcək işlərdən danışan icra başçısı
qəbul olunmuş 5 illik Dövlət Proqramında həmin illər üzrə 11 məktəb binasının
əsaslı təmir olunmasının salındığını bildirib. İcra başçısı qeyd edib ki, həmin
məktəblərdən biri də bu gün ölkə başçısının müvafiq sərəncamı ilə 100 illik
yubileyini qeyd etdiyimiz Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar
kənd tam orta məktəbidir. Rayon rəhbəri bu məktəbdə də əsaslı təmir işlərinin
nəzərdə tutulduğunu bildirib. Ölkə prezidenti
İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlardan söz açan icra
başçısı qeyd edib ki, 2018-ci ilin axırı, 2019-cu ilin əvvəli Qazax rayonu üçün
də əlamətdar hadisələrlə yadda qaldı. Sevindirici hal isə odur ki, hər iki
sərəncam ziyalılarımızla bağlı oldu. 3 noyabr 2018-ci il tarixli sərəncamda
Qazax müəllimlər seminariyasının, 28 yanvar 2019-cu il tarixli sərəncamda Xalq
yazıçısı İsmayıl Şıxlının 100 illik yubileylərinin respublika səviyyəsində qeyd
olunması öz əksini tapdı. Bu, dövlət başçısının qazaxlı ziyalılara verdiyi
dəyərin ən bariz nümunəsidir. İcra başçısı bu gün həmin ali sərəncama əsasən
yubiley tədbirlərinə xüsusi hazırlıq işlərinin görüldüyünü və silsiləli şəkildə
davam etdiyini diqqətə çatdırıb. Həmçinin, tədbirlər planına əsasən Xalq
yazıçısının adını daşıyan bu məktəbin qarşısında büstünün qoyulacağını bildirib. Kənd
təsərrüfatında əldə olunan uğurlardan danışan rayon rəhbəri ötən bu müddət
ərzində əkin sahələrinin artırılaraq 16 mindən 22 min hektara çatdırıldığını
vurğulayıb. Bundan əlavə, kartof sahəsinin 433 hektardan 1200 hektara, tütün
sahəsinin 10 hektardan 65 hektara çatdırıldığını bildirib. Qeyd edib ki, əgər
2016-cı ildə 7800 hektar sahədə taxıl əkilmişdisə, 2019-cu ildə bu rəqəm
artırılaraq 13180 hektara çatdırıldı. Baramaçılıqda da uğurlu göstəricilərin
əldə olunduğunu qeyd edən rayon rəhbəri qeyd edib ki, bu il artıq dördüncü il olacaq ki, rayonda barama yetişdiriləcək. Bu
sahədə görülən məqsədyönlü işlərin nəticəsidir ki, rayonumuzda barama
istehsalı da ildən-ilə artmaqdadır. 2016-cı ildə 1502 kq, 2017-ci ildə 4623 kq
olmuşdur. Ötən il isə rayon üzrə qazaxlı kümçülər tərəfindən 5000 kq yaş
baramanın yetişdirilməsi nəzərdə tutulduğu halda, 6260 kq yaş barama
istehsal olunaraq Şəki şəhərində "Azəripək” ASC-yə təhvil verilmişdir.
Rayon rəhbəri bu il də barama istehsalında artımın olacağını və 8
ton barama yetişdirilməsinin nəzərdə tutulduğunu bildirib. İcra başçısı qeyd
edib ki, bütün bunlar isə əkin sahəsinin artımı ilə yanaşı, həm də yeni iş
yerlərinin açılması, işçi qüvvəsinin artırılması deməkdir. Yeni iş yerlərinin
açılması istiqamətində görülən işlərdən danışan icra başçısı ölkə prezidentinin
təşəbbüsü ilə yaradılmış "DOST İş Mərkəzi” MMC tərəfindən Qazax rayonu
üzrə 420 nəfərə yeni iş yeri verildiyini bildirib. İcra başçısı
bildirib ki, fəaliyyətə başladığım ilk gündən fərqli yanaşdığım sahələrdən biri
də rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdır. Ən əsası da
uşaqların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün
hər cür şərait yaradılmasıdır. Rayonda olan 25 uşaq bağçasından 20-nin tam
müasir standartlara cavab verən səviyyəyə çatdırılması bu dediklərimizin bariz
nümunəsidir. Rayon rəhbəri bildirib ki, Kosalar kəndində olan 3 uşaq
bağçasından 2-si tam müasir standartlara cavab verən səviyyədədir. 1 bağça
qalıb ki, onun da təmir olunması nəzərdə tutulub. Hazırda Qazaxbəyli kənd uşaq
bağçasının əsaslı şəkildə təmir olunduğunu bildirib. Rayon
rəhbəri uzun illərdən bəri mövcud olan su probleminin də zaman-zaman
aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı
sayəsində son illər rayonun Qazaxbəyli,
Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli,
Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə
içməli su çəkildiyini qeyd edib. Əvvəlki illərdə rayonda suvarma ilə bağlı
görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan
uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam
etdiriləcəyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə
tədbirlər haqqında Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli
sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra
başçısı həmin sərəncama əsasən rayonun Cəfərli,
Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı,
Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin
hər birində 1 ədəd subartezian quyularının qazılacağını bildirib. Rayon rəhbəri
həmin kəndlərdən birinin məhz Kosalar kəndi olduğunu qeyd edərək yeni
subartezian quyusunun qazılmasını suvarma ilə bağlı problemin aradan
qaldırılması kimi qiymətləndirib. İcra başçısı
qeyd edib ki, hər birinizə yaxşı məlumdur ki, Qazaxda uzun illərdən bəri həlli
vacib olan məsələlərdən biri rayonun su-kanalizasiya sisteminin çəkilməsi idi.
Artıq bu məsələ də ölkə başçısının diqqət və qayğısı sayəsində öz müsbət
həllini tapıb və çəkilişlər davam edir. Rayon rəhbəri bu sahədə işlərin
keyfiyyətlə aparılması üçün rayon ziyalılarından, idarə, müəssisə və təşkilat
rəhbərlərindən, aidiyyəti şəxslərdən ibarət işçi qrupunun yaradıldığını və
həmin işlərə nəzarət edildiyini də diqqətə çatdırıb. İcra başçısı
vurğulayıb ki, bu gün rayonda bütün sahələrlə yanaşı, çoxmənzilli yaşayış
binalarının təmiri də diqqət mərkəzində saxlanılır. Dövlət başçısı İlham
Əliyevin imzaladığı çoxsaylı sərəncamlara əsasən rayonda mövcud olan 163
çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxunun təmir olunaraq sakinlərin
istifadəsinə verilməsi də bu istiqamətdə görülən işlərin əyani sübutudur. Rayonda, eləcə
də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin
olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb.
Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu
Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində
SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Bu işlərin Kosalar kəndində də davam
etdiriləcəyini bildirib. Qeyd edib ki, mavi yanacağın limitinin 1700 kubmetrdən
2200 kubmetrə çatdırılması əhalinin maddi rifah halının yaxşılaşdırılması
deməkdir. İcra başçısı
bildirib ki, 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunmuş iclasda ölkə başçısının məmurlarla bağlı söylədiyi
fikirləri bir daha diqqətə çatdırıb. Bildirib ki, dövlət hər zaman öz
vətəndaşının, xalqının yanında olmalıdır. Çünki ölkə başçısının hər dəfə
çıxışları zamanı söylədiyi "Xalqa xidmət göstərilməlidir” cümləsi bu gün
dövlətimizin siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Odur
ki, Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilini
Qazax rayonunda ön plana çəkmək, həmin siyasəti olduğu kimi icra etmək, siz
vətəndaşlara qayğı ilə yanaşmaq hər bir dövlət məmurunun vəzifə borcu
olmalıdır. Rayon rəhbəri bildirib ki, bu gün xidmət sahələrində çalışan hər bir
idarə, müəssisə və təşkilat rəhbəri, eləcə də rəhbərlik etdikləri kollektivlər
birmənalı şəkildə bilməlidirlər ki, vətəndaş mövqeyi hər şeydən üstün
tutulmalıdır. Onlar öz davranışları, hərəkətləri, siz sakinlərə olan diqqət və
qayğıları ilə nümunə olmalıdırlar. Göstərdikləri xidmətlərdə çalışmalıdırlar
ki, vətəndaş razı qalsın. Çünki ölkə başçısının siyasətinin əsasında xalqa
xidmət dayanır. Bütün xidmət sahələrinin rəhbərləri dövlət başçısının istəyinə
uyğun xidmət göstərməlidirlər. Kənd
sakinlərindən Talış Məmmədov, Musa Qasımov, Rəfiqə Məmmədova, Fariz Hüseynov,
Elnarə İbrahimova, Firdovsi Əliyev, Cavanşir Rüstəmov, Günay Abbasova, İsmayıl
Abdulkərimov və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə
gəldiyinə, kənd sakinlərinə diqqət və qayğı göstərdiyinə görə rayon
rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Kənddə görülən işlərdən danışan
sakinlər qeyd ediblər ki, kəndimizdə yerləşən 3 uşaq bağçasından ikisinin
əsaslı şəkildə təmir olunması, yeni asfalt yolun çəkilməsi, məktəbimizin və
qalan bir bağçanın da əsaslı təmirinin nəzərdə tutulması, eləcə də onlarla belə
işlər bizi çox sevindirir. Ona görə sevindirir ki, ölkə başçısının qayğısı
nəticəsində qaldırdığımız hər bir məsələ öz müsbət həllini tapır. Sevinirik ki,
ulu öndər Heydər Əliyev vaxtilə xalqına, millətinə necə qayğı ilə yanaşırdısa,
bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev də o cür qayğı göstərir.
O, necə xalqın arasında olurdusa, bu gün ölkə başçısı da daim biz sakinlərin
yanındadır. Biz sakinləri narahat edən ən xırda məsələyə belə xüsusi
həssaslıqla yanaşır. Bunu son aylar imzalanan fərman və sərəncamlardan da aydın
şəkildə gördük. Çıxış edənlər
sakinlərə göstərdiyi böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə,
rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin
minnətdarlıqlarını bildiriblər. Görüşdə
minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də
söz açıblar. Sakinlər tərəfindən səsləndirilən qəzalı vəziyyətdə olan telefon dayağının
dəyişdirilməsi, yeni telefon xəttinin çəkilməsi, kənddə əlavə subartezian
quyusunun qazılması, SİP kabelləşmə işinin aparılması, ünvanlı sosial yardım,
işlə təmin olunma və s. məsələ ilə bağlı müraciətləri dinləyən rayon rəhbəri
hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq müqədəs Ramazan
bayramı münasibətilə sakinləri bir daha təbrik edib. Ölkəmizin, rayonumuzun
inkişafı naminə ölkə başçısına uğurlar arzulayıb.
Facebook-da paylaş