• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaş ölkə başçısına minnətdarlıq edib


Möhtərəm cənab Prezident.

"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanınız ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Fərmanın icrası sahəsində də işlər çox gözəl qurulub və insanların rahatlığı tam nəzərə alınıb. Sizin tapşırığınız yüksək səviyyədə icra olunur. Mənə düşən təzminatı bankdan 10 dəqiqə ərzində aldım. Kredit borcumu çox çətinliklə ödəmişdim. Amma əmin idim ki, bir gün hörmətli Prezidentimiz bu problemi ən ədalətli şəkildə həll edəcək. Sizin ölkədə apardığınız daxili və xarici siyasət biz gəncləri sabaha daha da ruhlandır.

Çox sağ olun, cənab Prezident! Sizə və ailənizə möhkəm cansağlığı arzulayıram. Allah köməyiniz olsun.

Hörmətlə,

Alnazarova Maya Əhməd qızı.

Azərbaycan Respublikası, Qazax rayonu, Orta Salahlı kəndi.



Facebook-da paylaş