• Təqvim

  • Unutma

  • Maraq



Sakinlər yaşadıqları çoxmənzilli binaların təmirinə görə ölkə başçısına minnətdarlıq ediblər


Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazax rayonunda abadlıq və quruculuq işlərinin geniş vüsət aldığı sahələrdən biri də vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdir. Son 3 ildə ölkə prezidentinin imzaladığı çoxsaylı sərəncamlara əsasən rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxu təmir olunaraq sakinlərin istifadəsinə verilib. Bu, vətəndaşlara göstərilən diqqət və qayğının əyani təzahürüdür. Eyni zamanda da yeni iş yerlərinin yaradılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu gün həmin çoxmənzilli binaların təmirində xeyli sayda rayon sakini çalışır. Bütün bunlar rayon sakinlərinin maddi rifah halının və sosial vəziyyətinin yaxşılaşdırılması deməkdir.

Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, hazırda şəhərin mərkəzində yerləşən bir neçə binada aparılan təmir işləri yekunlaşmaq üzrədir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb BabaşovPrezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov həmin binalarda görülən son tamamlanma işləri ilə tanış olublar.

Şəhərin Heydər Əliyev prospektində yerləşən 175 saylı binada görülən işlərlə tanış olan rayon rəhbərliyinə bildirilib ki, hazırda binanın bloklarında rənglənmə işlərinə başlanılıb. Həmin prospektdə yerləşən 173 saylı binada isə bloklarla yanaşı binanın xarici fasadında da rənglənmə işləri aparılır.

Sonra rayon rəhbərliyi eyni prospektdə yerləşən daha bir binada – doqquzmərtəbəli 179 saylı binada görülən işlərlə yaxından tanış olublar. Qeyd olunub ki, digər binalar kimi bu binada da rənglənmə işləri görülür. Artıq birinci blokda 4-cü mərtəbəyə qədər birinci qat rəng vurulub.

Rayon rəhbərliyi ilə səmimi söhbət edən bina sakinlərindən Reyhan Vəliyeva, Validə Nəsibova və başqaları görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Sakinlər qeyd ediblər ki, ötən il binamızın lifti yüksək səviyyədə təmir olundu və mövcud olan problem qısa bir vaxtda aradan qaldırıldı. Bu gün isə binamızda əsaslı təmir işləri aparılır. Biz sakinlərin sosial rifah halı ilə yanaşı, mənzil-məişət şəraiti də yaxşılaşdırılır. Bu, ölkə rəhbəri İlham Əliyevin biz sakinlərə olan diqqət və qayğısıdır. Son illər ölkəmizdə aparılan abadlıq və quruculuq işləri Qazaxda da həyata keçirilir. Bu isə bizi çox sevindirir. Ona görə sevindirir ki, paytaxtdan uzaq bir məsafədə, düşmənlə sərhəddə yerləşən Qazax rayonu və sakinləri hər an dövlətimizin və dövlət başçısının qayğısını hiss edirlər. Hər gün rayonda bir yeniliyin şahidi oluruq. Bütün bunlara görə isə bir daha ölkə başçısına və rayon rəhbərliyinə dərin təşəkkürümüzü çatdırırıq.

Bakı küçəsində yerləşən 1 saylı binada da son tamamlanma işləri görülür. Bütün blokları hazır olan binanın xarici fasadında suvaq işlərinə başlanılıb. Bundan əlavə, binanın həyətində sakinlərin istəyinə əsasən xeyir-şər evi tikilir. Hazırda özül hissə tökülüb, yaxın günlərdə də hörgü işlərinə start veriləcək. Bu binada yaşayan sakinlər də rayon rəhbərliyini səmimiyyətlə qarşılayıblar. Sakinlərdən Əsibə Novruzova, Gülbəniz Hüseynova və başqaları səmimi ürək sözlərini çatdırıb, rayonda görülən işləri, xüsusilə də çoxmənzilli binaların təmirini yüksək qiymətləndirdiklərini bildiriblər. Uzun illər təmirsiz olan çoxmənzilli binalara bu gün yeni bir görkəm verildiyini qeyd edib, bütün bu işləri minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər.

Heydər Əliyev prospektində yerləşən 171 saylı binada da bloklar tam hazır vəziyyətdədir. Xarici fasadda isə suvaq işləri aparılır.

Şəhərin Azadlıq küçəsində yerləşən 107 saylı binanın isə bütün bloklarında birinci qat rəng vurulub. Yaxın günlərdə binanın xarici fasadında bu işlərə start veriləcək.

Rayon rəhbərliyi qeyd olunan bu binalarda da olub, görülən işlərlə yaxından maraqlanıblar.

İcra başçısı hər bir binada görülən işlərin keyfiyyətlə və sürətlə aparılması ilə bağlı bir daha tapşırıq və tövsiyələrini verib.

Heydər Əliyev prospekti 175 saylı bina


Heydər Əliyev prospekti 173 saylı bina





Heydər Əliyev prospekti 179 saylı bina





Bakı küçəsində yerləşən 1 saylı bina




Heydər Əliyev prospekti 171 saylı bina



Azadlıq küçəsi 107 saylı bina



GOYEZEN.AZ



Facebook-da paylaş