• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Ölkə başçısı İlham Əliyevin vətəndaş amilini ön plana çəkməsi hər kəsə yaxşı məlumdur. Məhz ölkə rəhbərinin sakinlərə olan sonsuz qayğısının nəticəsidir ki, ölkəmizdə həyata keçirilən sosial layihələrin, məqsədyönlü işlərin, tədbirlərin əsasını vətəndaşların rifah halının yaxşılaşdırılması təşkil edir. Bunu ötən ilin sonları və bu ilin ilk rübündə imzalanan çoxsaylı fərman və sərəncamlardan da aydın şəkildə görmək olur. Respublika Prezidentinin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazax rayonunda da uğurla icra olunur. Həftə ərzində sakinlərlə keçirilən səyyar görüşlər, fərdi qəbullar, sakinləri narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlərin görülməsi bu dediklərimizin əyani göstəricisidir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.

Daş Salahlı kənd sakinləri Bayramov Zakir Əhməd oğlunun və Qurbanov Allahverdi Qurban oğlunun torpaq sahəsinin sənədləşməsi ilə bağlı müraciətinə cavab olaraq araşdırılıb qanunamüvafiq qaydada baxılacağı bildirilib.

Ünvanlı sosial təminatla bağlı müraciət edən şəhər sakini Eminova Gülşən Həsən qızının, Aslanbəyli kənd sakini İsmayılova Aynur Vaqif qızının istəklərini dinləyən rayon rəhbəri aidiyyəti üzrə müraciət etmələrini tövsiyə edib.

Şəhər sakinləri Abdullayeva Əntiqə Rus qızının, Binnətova Şəbnəm Elxan qızının, Qarasaqqalova Şərqiyyə Mirzə qızının, Qurbanov Fərid Qurban oğlunun, Quşçu Ayrım kənd sakini Hacıyev Çingiz Əsgər oğlunun, Cəfərli kənd sakini Mustafayeva Məleykə Bəylər qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.






GOYEZEN.AZ



Facebook-da paylaş