Qazaxda mərkəzi xəstəxananın tikintisi sürətlə davam etdirilir
Bu gün
sevindirici haldır ki, ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən uğurlu
islahatlar respublikamızın bütün bölgələrini əhatə edir. Bunu Qazax rayonunun
timsalında da aydın şəkildə görmək olur. 2,6 hektar sahədə inşa
olunan və 145 çarpayıdan ibarət olan səhiyyə ocağında rayon sakinlərinə yüksək
səviyyədə tibbi xidmət göstərilməsi üçün yaradılan şərait bunun əyani
sübutudur. 10 korpusdan ibarət olacaq mərkəzi xəstəxananın 5 korpusu tam
hazırdır. Bundan əlavə, 5 korpusla yanaşı, binanın ətrafında həcmi 400 kubmetr
olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası, transformator
stansiyası, nəzarət-buraxılış məntəqəsi də inşa edilib. Hazırda isə ötən il özül
hissələri tökülmüş qalan 5 korpusun - Gigiyena və Epidemiologiya Mərkəzi,
təcili tibbi yardım, dializ, ümumi cərrahiyə-travmatologiya şöbələrinin
yerləşəcəyi korpusların tikintisi sürətlə davam etdirilir. Yaxın günlərdə yoluxucu xəstəliklər şöbəsinin tikintisinə
başlanılacaq. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov mərkəzi xəstəxanada aparılan tikinti
işləri ilə tanış olub. İşlərin keyfiyyətlə aparılmasını qeyd edərək tapşırıq və
tövsiyələrini verib. GOYEZEN.AZ
Facebook-da paylaş