I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqların təhsilə əlçatanlığını təmin etmək və onların təhsil almaq
imkanlarını genişləndirmək məqsədilə qərara alıram: 1.
Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və
magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil
səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində
və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II
dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris
ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. 2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 may 2019-cu il.
Facebook-da paylaş