• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Dövlət başçısı İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən bütün işlərin təməlində vətəndaş amilinin dayanması hər kəsə yaxşı məlumdur. Bunu hər bir ölkə vətəndaşı onların rifah halının yaxşılaşdırılması istiqamətində görülən məqsədyönlü işlərdən, imzalanan çoxsaylı fərman və sərəncamlardan aydın şəkildə görür. Respublika Prezidentinin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazax rayonunda da olduğu kimi icra olunur. Qazaxda həftə ərzində sakinlərlə keçirilən səyyar görüşlər, fərdi qəbullar, sakinləri narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlərin görülməsi bu dediklərimizin əyani göstəricisidir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.

Daş Salahlı kənd sakini, şəhid anası Əliyeva Zənfira Rüstəm qızı səhhətində yaranmış vəziyyətlə əlaqədar Bakı şəhərində əməliyyat olunması üçün aidiyyəti üzrə göndəriş verilməsinə köməklik olunmasını bildirib. Vətəndaşın müraciətini diqqətlə dinləyən rayon rəhbəri məsələ ilə bağlı aidiyyəti üzrə tapşırıq verib.

İşlə təmin olunma barədə müraciət edən Daş Salahlı kənd sakini Allahquluyeva Hava Osman qızına Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə, Kosalar kənd sakini Hüseynov Ural Hüseyn oğluna isə dövlət qulluğuna imtahanda iştirak etmələri tövsiyə olunub.

Şəhər sakini Hacıyev Elxan Fərrux oğlunun, Ağköynək kənd sakini Nəbiyeva Aytəkin Fabil qızının, Yuxarı Əskipara kənd sakini Şərifov Seminarist Qayıb oğlunun, İkinci Şıxlı kənd sakini Vəliyeva Fəxriyyə Nüsrət qızının, Bakı şəhər sakini, yazıçı Nəsibov Vaqif Hüseyn oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.





GOYEZEN.AZ



Facebook-da paylaş