• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı barama saxlanılacaq yerlərdə görülən hazırlıq işləri ilə tanış olub


Son illər Azərbaycanda bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatının əsas tərkib hissəsi olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində də məqsədyönlü işlər görülür. Ölkəmizdə baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və kənd əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi ilə uğurlu addımlar atılır. "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı bu sahənin inkişaf etdirilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir.

Dövlət başçısının ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı verdiyi sərəncam, tapşırıq və tövsiyələr Qazaxda da uğurla icra olunur. Bu il artıq 4 il olacaq ki, rayonda barama yetişdiriləcək. Bu sahədə görülən məqsədyönlü işlərin nəticəsidir ki, rayonumuzda barama istehsalı da ildən-ilə artmaqdadır. 2016-cı ildə 1502 kq, 2017-ci ildə 4623 kq olmuşdur. Ötən il isə rayon üzrə qazaxlı kümçülər tərəfindən 5000 kq yaş baramanın yetişdirilməsi  nəzərdə tutulduğu halda, 6260 kq yaş barama istehsal olunaraq Şəki şəhərində "Azəripək” ASC-yə təhvil verilmişdir. Bu da nəzərdə tutulmuş planın 125 faiz icrası deməkdir. Kiloqramla müqayisə etsək 1637,3 kq çox deməkdir.

Hər il olduğu kimi, bu il də yüksək məhsuldarlıq əldə etmək üçün xüsusi hazırlıq işlərinə başlanılıb. Belə ki, barama saxlanılacaq yerlər əvvəlcədən hazırlanır. Lazım olan bütün tədbirlərin görülməsinə start verilib.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Xanlıqlar, Daş Salahlı, Birinci Şıxlı, İkinci Şıxlı, Aslanbəyli, QaymaqlıKəmərli kəndlərində olub, barama saxlanılacaq yerlərdə görülən hazırlıq işləri ilə maraqlanıb.

Görülən işlərlə tanış olan icra başçısı baramaqurdunun sağlam şəraitdə inkişaf etməsi üçün lazımi tədbirlərin görülməsi barədə tapşırıq və tövsiyələrini verib.

Məlumat üçün qeyd edək ki, yaxın günlərdə də baramaqurdu kümçülərə təqdim olunacaq.

Xanlıqlar kəndi







Daş Salahlı kəndi


Birinci Şıxlı kəndi



İkinci Şıxlı kəndi








Aslanbəyli kəndi


Qaymaqlı kəndi

Kəmərli kəndi




GOYEZEN.AZ



Facebook-da paylaş