Qazaxda körpələr üçün yaradılan şərait yüksək qiymətləndirilib
Bu gün tam əminliklə deyə
bilərik ki, Azərbaycan uşaqları dövlətin və cəmiyyətin qayğısı ilə tam əhatə
olunub. Çünki uşaqların müdafiəsi, onların davamlı olaraq böyüklərin diqqət və
qayğısı ilə əhatə olunması məsələsi ölkəmizdə bütün dövrlərdə istər dövlətin,
istərsə də cəmiyyətin başlıca məqsəd və vəzifələrindən biri olub. Azərbaycan
cəmiyyəti həmişə uşaqlara qarşı məhəbbətlə yanaşıb, onların sağlam və gümrah,
eyni zamanda, savadlı və vətənpərvər böyüməsi üçün hər cür şərait yaratmağa
çalışıb. Son illər ölkəmizdə dövlət başçısı İlham Əliyev, Birinci
vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən gələcəyimiz olan uşaqlara
göstərilən diqqət və qayğı, nəvaziş hər kəsə yaxşı məlumdur. Məhz uşaqlara olan
sonsuz qayğının nəticəsidir ki, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev
tərəfindən qoyulmuş uşaq siyasəti bu gün onun layiqli davamçıları ölkə
Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva
tərəfindən uğurla davam etdirilir. Sevindirici haldır ki, ölkə
başçısının regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında
imzaladığı 12 fevral 2018-ci il tarixli sərəncama əsasən respublikamızın hər
yerində olduğu kimi, Qazaxda da məqsədyönlü işlər görülür. Qazaxda uşaqlara
göstərilən diqqət və qayğının nəticəsidir ki, yeni tikilən uşaq bağçalarının
sayı ildən-ilə artır. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonumuzda qonaq olan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının şöbə müdiri, müəllim
proqramları və xüsusi layihələr departamentinin rəhbəri Bəxtiyar Qaraca, şair,
publisist, tərcüməçi Davud Nəsibovun övladları Xəyyam
və Xəyal Nəsibovlarla birlikdə şəhərin
mərkəzində yerləşən 3 və 6 saylı körpələr evi-uşaq bağçalarında olublar.
Bağçalarda yaradılan
şəraitlə yaxından tanış olan qonaqlara məlumat verilib ki, bu gün rayonda fəaliyyət göstərən 25 uşaq bağçasından
(6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir) 17-si müasir standartlara cavab
verən səviyyəyə çatdırılaraq körpə fidanların istifadəsinə verilib. Hazırda rayonda
daha bir bağçada – Qazaxbəyli kənd uşaq bağçasında da əsaslı təmir işləri
sürətlə davam etdirilir. Bildirilib
ki, rayonda nəinki bağça tikintisinə, eləcə də körpələrə verilən ərzaqların keyfiyyətinə,
uşaqlara göstərilən diqqət və qayğıya da xüsusi həssaslıqla yanaşılır. Bundan
başqa, balaca fidanların tibbi müayinə olunmalarına daim nəzarət edilir, uşaqları
mütəmadi olaraq müayinədən keçirilir. Hər iki
bağça ilə yaxından tanış olan qonaqlar bağçalarda yaradılan şəraiti yüksək
qiymətləndiriblər. Paytaxtda olan bağçalardan heç bir fərqinin olmadığını qeyd
ediblər. Bağçalarda çalışan müəllimlər,
tərbiyəçilər yaradılan şəraitə, uşaqlara göstərilən qayğıya görə ölkə başçısı İlham
Əliyevə və rayon rəhbərinə bir daha minnətdarlıqlarını çatdırıblar. 3 saylı körpələr evi-uşaq bağçası
GOYEZEN.AZ
6
saylı körpələr evi-uşaq bağçası
Facebook-da paylaş